Həmin mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə şahidlər ifadə verdi


Digərləri 18 Avq 2025 11:22:00 61 0

Həmin mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə  şahidlər ifadə verdi

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Son.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahid qismində mərkəzdə tibb bacısı kimi çalışmış Fatimə Bağırova ifadə verərək bildirib ki, təqsirləndirilən Elnur Əhmədlini tanımır: "Mərkəzdə gündüz növbəsində tibb bacısı vəzifəsində çalışıram. Səhər işə gələndə gördüm ki, şöbəmiz yanıb, ətraf su içindədir. Şöbəmizdə olan uşaqları başqa mərkəzə, məni və başqa iki tibb bacısını "Yeni Klinika"ya göndərdilər. Təqsirləndirilən şəxslərə gəldikdə isə Mehriban xanımı mərkəzin direktoru, Hamlet doktoru isə beşinci mərtəbədə yerləşən şöbənin müdiri olaraq tanıyıram. Onu da yuxarı qan, plazma götürməyə gedəndə bir-iki dəfə görmüşəm. Bizim şöbədə elektrik uzadıcılarından istifadə edilirdi, bununla bağlı qadağa qoyulmamışdı".

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Mərkəzdə böyük tibb bacısı vəzifəsində çalışmış Məxbilə Qurbanova da prosesdə ifadə verib. O, hadisə baş verən gün mərkəzdə olmadığını bildirib: "Mən mərkəzdə baş tibb bacısı kimi fəaliyyət göstərmişəm. İşim tibb bacılarının fəaliyyətinə nəzarət etməkdir. Gəldim gördüm ki, şöbəmiz su içindədir, hər şey yararsız vəziyyətə düşüb. Təqsirləndirilən şəxsləri tanıyıram. Əvvəl mərkəzin strukturu fərqli idi. 2021-ci ildə mərkəzin akt zalında TƏBİB iclas keçirdi. Struktur dəyişikliyi baş verdi. Bunu bizə iclas zamanı dedilər. Buna etiraz edənlər də oldu, lakin xeyri olmadı. Bizi şöbə etdilər və Hamlet həkimin bölməsinin tabeliyinə verildik. Əvvəl 2 otağa baxırdıq, daha sonra 4 oldu. Xəstə çox olduğu üçün hətta otaq sayını 6 etmək istəyirdilər. Otaq sayı 2 olanda rahat işləyirdik. 4 otaq olanda küvezlər bir-birinə çox yaxın oldu. Uşaqların çoxluğundan otağa girmək mümkün deyildi. İş yükü çox idi. Ağır xəstə olan 2 uşağa 1 tibb bacısı, orta ağır olan 4 uşağa 1 tibb bacısı baxırdı. Ümumi 15 tibb bacısı var idi. Dəfələrlə Mehriban xanıma yükümüzün çoxluğu ilə bağlı məlumat versək də, Mehriban xanım bizə "işi bacarmayan işdən çıxa bilər", deyirdi".

Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.

Növbəti proses avqustun 25-nə təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb./APA 

Rəqsanənin əri Rusiya səfirliyindan kömək istədi  FOTO like
  • 18 Avq 11:20  
Şou-biznes Rəqsanənin əri Rusiya səfirliyindan kömək istədi FOTO

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova 16 avqust tarixində həbs olun

arrow Ətraflı
Heydər Əliyev prospektində qəza  sıxlıq yarandı like
  • 18 Avq 11:14  
Digərləri Heydər Əliyev prospektində qəza sıxlıq yarandı

Nizami rayonu, Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionun yaxınlığı

arrow Ətraflı
"Kağız üzərində yazılan sanksiya reallıqda fərqli icra olunur"  Ekspert like
  • 18 Avq 11:09  
Digərləri "Kağız üzərində yazılan sanksiya reallıqda fərqli icra olunur" Ekspert

"Əgər həqiqətən də Rusiyaya qoyulan sanksiyalar icra edilsəydi o, bu

arrow Ətraflı
Rəqsanə apellyasiya şikayəti verdi like
  • 18 Avq 11:00  
Digərləri Rəqsanə apellyasiya şikayəti verdi

İki gün əvvəl 1 milyonluq dələduzluq ittihamı ilə həbs edilən müğən

arrow Ətraflı
Bakıda gənc qız iki dəfə evli olmuş 4 uşaq atası ilə qaçıb  TƏFƏRRÜAT like
  • 18 Avq 10:53  
Digərləri Bakıda gənc qız iki dəfə evli olmuş 4 uşaq atası ilə qaçıb TƏFƏRRÜAT

Xəzər rayonu Türkan qəsəbəsində gənc qız iki dəfə evli olub boşanmı

arrow Ətraflı
Tramp görüşdən əvvəl Ukraynaya şərt qoydu like
  • 18 Avq 10:40  
Dünya Tramp görüşdən əvvəl Ukraynaya şərt qoydu

Xəbər verdiyimiz kimi, bu gün ABŞ Prezidenti Donald Tramp və Volodimir Zele

arrow Ətraflı
TrampZelenski görüşünün başlama saatı AÇIQLANDI like
  • 18 Avq 10:33  
Dünya TrampZelenski görüşünün başlama saatı AÇIQLANDI

ABŞ Prezidenti Donald Tramp və Volodimir Zelenski arasında bu gün keçirilə

arrow Ətraflı
Şəhidlər Xiyabanında video çəkən turistləri hansı cəza gözləyir? like
  • 18 Avq 10:31  
Digərləri Şəhidlər Xiyabanında video çəkən turistləri hansı cəza gözləyir?

Bakıda bir qrup xarici vətəndaşın Şəhidlər Xiyabanında qeyri-etik hər�

arrow Ətraflı
Çinin hibrid maşınları radiasiya yayır?  Açıqlama like
  • 18 Avq 10:25  
Digərləri Çinin hibrid maşınları radiasiya yayır? Açıqlama

Çin istehsalı hibrid avtomobillərdə radiasiya göstəriciləri yüksək olsa

arrow Ətraflı
Bu rayonda qaz olmayacaq like
  • 18 Avq 10:16  
Digərləri Bu rayonda qaz olmayacaq

Salyan rayonunda qaz təchizatında fasilələr yaranacaq.

arrow Ətraflı
Di Kaprio: “Özümü hələ də 32 yaşında hiss edirəm” like
  • 18 Avq 10:14  
Şou-biznes Di Kaprio: “Özümü hələ də 32 yaşında hiss edirəm”

Hollivud ulduzu Leonardo Di Kaprio noyabr ayında 50 yaşını qeyd etməyə haz

arrow Ətraflı
Yol polisi sürücülərə müraciət etdi like
  • 18 Avq 10:06  
Digərləri Yol polisi sürücülərə müraciət etdi

"Sükan arxasında mobil telefondan istifadə insan həyatını bir anın i

arrow Ətraflı
Göyərtəsində 40 sərnişin olan təyyarə çəmənliyə endi  FOTO like
  • 18 Avq 10:00  
Dünya Göyərtəsində 40 sərnişin olan təyyarə çəmənliyə endi FOTO

Tümen (Rusiya ) hava limanında sərnişin təyyarəsi zolaqdan çıxıb.

arrow Ətraflı
İxtisas seçimi üçün son 1 gün!  Ərizəsini təsdiqləyənlərin sayı AÇIQLANDI like
  • 18 Avq 09:49  
Digərləri İxtisas seçimi üçün son 1 gün! Ərizəsini təsdiqləyənlərin sayı AÇIQLANDI

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etm�

arrow Ətraflı