Goranboyda Neolit dövrünə aid maddimədəniyyət nümunələri aşkarlanıb
Digərləri 02 Avq 2025 13:17:00 269 0
Goranboyda rayonun Tatarlı kəndi ərazisində Muncuqlutəpə nekropolunda arxeloji qazıntılar zamanı Neolit dövrünə aid maddi-mədəniyyət nümunələri - saxsı qablar, daşdan hazırlanmış, əsasən əkinçilikdə istifadə olunan əmək alətləri, obsidian, həmçinin çaxmaqdaşından hazırlanmış kəsicilər və insan skeletləri aşkar edilib.
Bu xəbəri də oxu: 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır
Son.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktor, dosent Müzəffər Hüseynov bildirib.
Müzəffər Hüseynov qeyd edib ki, aşkar edilən nümunələrin eramızdan əvvəl təxminən 6-cı minilliyin sonuna aid olduğu güman edilir: "Qazıntı işləri Goranboyun Tatarlı kəndinin ərazisində 1 hektar ərazidə aparılır. 2025-ci ildə aparılan arxeoloji tədqiqatlar çox maraqlı elmi nəticələr verib. Tatarlı kəndinin ərazisində aşkarlanan Muncuqlutəpə nekropolu 2007-ci ildə qeydə alınıb. 2025-ci ildə nekropolda daha 6 qəbir qazılaraq tədqiq edilib. Qəbirlərin 3-ü böyük, 3-ü isə azyaşlı şəxslərə aiddir. Qəbir abidələrindən zəngin arxeoloji materiallar aşkarlanıb. Aşkar edilənlər saxsı qablar əsasən qara cilalıdır. Üzəri müxtəlif heyvan və həndəsi naxışlarla bəzədilmiş qablar üstünlük təşkil edir. Nekropoldan aşkar edilmiş Assuriya tipli qablar qeyri-adi naxışlarla işlənib. Qəbirlərdə skeletlərin yanında tunc və dəmirdən hazırlanmış silahlar - xəncərlər, bıçaqlar, ox ucluqları aşkar edilib. Nekropolda bəzək əşyaları, xüsusilə muncuqlar üstünlük təşkil edir. Bəzək əşyaları müxtəlif mineral və metaldan hazırlanıb, fərqli forma və rənglərdədir. Yaşayış yerinin erkən tunc dövrünə - Kür-Araz mədəniyyətinə aid təbəqəsindən təsərrüfat quyuları, ocaq yerləri, yarımqazma ev qalıqları və zəngin arxeoloji materiallar aşkarlanıb. Arxeoloji materiallara erkən tunc dövrü üçün xarakterik olan yarımdairəvi qulplara malik saxsı qablar, daş əmək alətləri, obsidian və çaxmaqdaşından hazırlanmış kəsicilər daxildir. Çoxtəbəqəli yaşayış yerində arxeoloji qazıntıların gələcək illərdə də davam etdirilməsi qərara alınıb".
Müzəffər Hüseynov nəzərə çatdırıb ki, ümumilikdə Tatarlı kəndi ərazisində son tunc erkən dəmir dövrünə aid 35-ə qədər qəbir aşkarlanıb.
Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının v
 Ətraflı
 Ətraflı
                                                Yay aylarında isti hava şəraiti ilə bağlı olaraq bəzi qidaların qəbulu
 Ətraflı
 Ətraflı
                                                İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hav
 Ətraflı
 Ətraflı
                                                Suriyaya tədarük olunacaq qazın ümumi həcmi ilk mərhələdə 1,2 milyard k
 Ətraflı
 Ətraflı
                                                "Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetin�
 Ətraflı
 Ətraflı
                                                Qaz təchizatı layihəsində Qətər dövlətinin də mühüm töhfəsi var. Az
 Ətraflı
 Ətraflı
                                                Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat
 Ətraflı
 Ətraflı
                                                Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə ç�
 Ətraflı
 Ətraflı
                                                Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə
 Ətraflı
 Ətraflı
                                                Bu gün burada baş verən hadisə birgə işin, birgə nəticənin aydın nümu
 Ətraflı
 Ətraflı
                                                Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi "QAZ-3302" markalı
 Ətraflı
 Ətraflı
                                                Şəki Dövlət Dram Teatrının aktrisası Brilyant Babayeva vəfat edib.
 Ətraflı
 Ətraflı
                                                Şokolad milyonlarla insanın sevdiyi dadlı ləzzətdir. Kiçik bir parça tün
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiy
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            