Qarabağa səfər edənlərə ŞAD XƏBƏR
Digərləri 01 Avq 2025 16:24:00 266 0
Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların rahatlığını və dövlət xidmətlərindən istifadədə məmnunluğunu artırmaq məqsədilə E-Polis mobil tətbiqi davamlı olaraq təkmilləşdirilir. Artıq bu yeniliklər sayəsində işğaldan azad olunan bölgələrə səfərlərdə icazə prosesi daha sürətli və rahat təşkil olunur.
Bu xəbəri də oxu: Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı
DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, mobil tətbiqə yeni əlavə edilən funksiya vasitəsilə Qarabağa getmək üçün icazəni elektron qaydada ala bilərsiniz. Bunun üçün tətbiqə daxil olub ana səhifədəki "Qarabağa icazə" və ya "Xidmətlər" siyahısından "İşğaldan azad olunmuş ərazilərə buraxılış icazəsinin alınması" xanasını seçirsiniz.
Açılan pəncərədə "Müraciət et" düyməsini sıxdıqdan sonra bildirişlərin sizə vaxtında çatması üçün əlaqə vasitələrinizi daxil edirsiniz. Növbəti mərhələdə səfər etmək istədiyiniz əraziləri və tarixləri seçirsiniz. Nəzərə alın ki, icazə maksimum 5 gün müddətinə verilir.
Səfər zamanı istifadə edəcəyiniz avtomobilin dövlət qeydiyyat və şəhadətnamə nömrələri tətbiqə daxil edildikdən sonra nəqliyyat vasitənizdəki oturacaq yerindən asılı olaraq maksimum 9 nəfərin getməsinə icazə veriləcək.
Onu da nəzərinizə çatdıraq ki, sərnişinlər həm yerli, həm də müvafiq sənədləri olan əcnəbi vətəndaşlar ola bilərlər. Ən sonda məlumatları yoxlayıb "Təsdiqlə" düyməsini sıxmaqla müraciətinizi tamamlaya bilərsiniz. Bildirişlər şəxsi elektron kabinetiniz varsa birbaşa ora, yoxdursa SMS vasitəsilə mobil nömrənizə göndəriləcək.
E-polis tətbiqinin günü-gündən yenilənən funksiyalarından faydalanın, yolunuz açıq və təhlükəsiz olsun.
Xəbər verdiyimiz kimi, "Avroviziya" qalibimiz Nigar Camalla Əməkda
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Yevlaxın Aran qəsəbəsində evdən ata və qızını
 Ətraflı
 Ətraflı
                                                Pakistanın ən iri neft emalı şirkəti "Cnergyico" oktyabrda ABŞ-d
 Ətraflı
 Ətraflı
                                                ABŞ prezidenti tərəfindən Yaxın Şərq üzrə xüsusi nümayəndə təyin o
 Ətraflı
 Ətraflı
                                                İnnovasiya və sürət lideri "Bakcell" dünyanın aparıcı taksi aq
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə kassada dayanmaqda çətinlik çəkən gənc qadının görüntül�
 Ətraflı
 Ətraflı
                                                TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb mü
 Ətraflı
 Ətraflı
                                                Köhnə paltarları ehtiyacı olanlara vermək bir çoxumuzun etdiyi hərəkətd
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəb
 Ətraflı
 Ətraflı
                                                "Gələn hər kəsə dərin təşəkkürümü bildirirəm. Atam bu dünyada
 Ətraflı
 Ətraflı
                                                DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri)
 Ətraflı
 Ətraflı
                                                İyulun 27-də Bakıda baş tutan Castin Timberleykin konsertində qeyri-adi had
 Ətraflı
 Ətraflı
                                                Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və R�
 Ətraflı
 Ətraflı
                                                Son dövrlər köhnə yaşayış binalarının həyət girişlərində şlaqbaum
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            