Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
Digərləri 18 İyl 2025 18:12:00 377 0
"Bir neçə gün sonra Azərbaycan Milli Mətbuatı 150 illik şərəfli və zəngin bir yolu arxada qoyur. 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə başlayan bu yol, sadəcə bir mətbuat tarixçəsi deyil, xalqın maariflənməsi, milli özünüdərk və ictimai düşüncənin formalaşması prosesidir. "Əkinçi" ilə başlanan bu oyanış sonralar "Füyuzat", "Molla Nəsrəddin", "İrşad" kimi nəşrlərlə davam etdirildi və mətbuat xalqın vicdan səsi, haqq tribunası rolunu üzərinə götürdü".
Bu xəbəri də oxu: Adnanın yaxtası Barselona sahillərində “Alkagesta” beynəlxalq sularda oyun çıxarır
Bu fikirləri Editor.az İnformasiya Portalının baş redaktoru, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Onun sözlərinə görə, Sovet senzurasının sərt şəraitində belə Azərbaycan jurnalistikası milli dəyərləri yaşatmağa, cəmiyyətə işıq tutmağa davam edib. Müstəqillik illərində isə milli mətbuat azadlığın və məsuliyyətin yeni mərhələsinə qədəm qoydu. Bu gün media təkcə xəbər verən vasitə deyil, informasiya savaşında milli maraqları qoruyan, cəmiyyətin inkişafına töhfə verən mühüm institutdur: "Qlobal informasiya müharibələrinin getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycan jurnalistləri də öz peşə borclarını müasir çağırışlara uyğun şəkildə yerinə yetirirlər. Onlar dezinformasiyalara qarşı həqiqəti axtaran, ictimai rəyə ədalətli yön verən və etibarlı informasiya mənbəyi kimi çıxış edirlər. Bu prosesdə jurnalistlər cəmiyyətin təhlükəsizlik dayaqlarından birinə çevriliblər".
Fərid Şahbazlı bildirib ki, Azərbaycan jurnalistləri üçün vətənə sədaqət, xalqın mənafeyinə xidmət və obyektivlik əsas prinsiplər olaraq qalır: 'Media təmsilçiləri öz peşələrini sadəcə bir iş kimi deyil, həm də bir vicdan missiyası kimi qəbul edirlər. 44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi ki, jurnalistlər təkcə informasiya daşıyıcısı deyil, Vətənin əsgərləri oldular. Onların informasiya cəbhəsində göstərdiyi fədakarlıq və qətiyyət gələcək nəsil media nümayəndələri üçün nümunəvi örnəyə çevrildi".
Birləşmiş Krallıqda genetik xəstəliklərin qarşısını almaq məqsədil�
 Ətraflı
 Ətraflı
                                                Tanınmış meyxanaçı Aydın Saninin restoranında yaşanan hal müzakirələr
 Ətraflı
 Ətraflı
                                                ABŞ administrasiyasının Ukraynanı silahlandırması və Rusiyaya qarşı san
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Gülşad Baxşıyeva açıqlaması ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdə
 Ətraflı
 Ətraflı
                                                İsrailin daxili işlər naziri Moşe Arbel, sosial işlər naziri Yaakov Margi
 Ətraflı
 Ətraflı
                                                "Koroğlu" NMM-i "Sea Breeze" ilə əlaqələndirən ekspres
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 18-də Xocalının Xany
 Ətraflı
 Ətraflı
                                                Bu gün paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yol-nəqliyyat h
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Alim Qasımov rep deməsi ilə bağlı yayılan xəbərlərə aydı
 Ətraflı
 Ətraflı
                                                İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin Kahramanmaraş şəhərində inanılmaz tibbi hadisə baş verib.
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə stajının ilk günü geyimi uyğun hesab edilməyən bir gənc, i�
 Ətraflı
 Ətraflı
                                                Ermənistan müdafiə nazirinin keçmiş müavini Vahram Xorxoruninin qətlinin
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            