Azərbaycanda qadın sevgilisinə görə 6 uşağını atdı efirdə yerə SƏRİLDİ
Digərləri 14 İyl 2025 17:31:00 262 0
Nigar Fərhadın aparıcılığı ilə yayımlanan "Sözün bitdiyi an" verilişində gərgin anlar yaşanıb.
Son.az xəbər verir ki, verilişə çıxan qadın sevgilisinə görə 6 uşağını atdığını etiraf edib. Bu etirafdan sonra studiyada emosional gərginlik yüksəlib və qadın efirdə huşunu itirib. Aparıcı və studiyadakı ekspertlər dərhal qadına yardım göstərərək onun özünə gəlməsinə kömək ediblər. Verilişin ekspertləri məsələ ilə bağlı sərt irad bildiriblər. Onların sözlərinə görə, qadının "qadınlıq hissi" analıq məsuliyyətindən üstün gəlib və bu, bağışlanmaz səhvdir. Ekspertlər həmçinin qadının "altı uşağın qarğışını qazandığını" qeyd ediblər. Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox izləyici qadının davranışını qınayıb. Müğənni Ayan Babakişiyeva da sosial mediada mövzuya münasibət bildirib. O, paylaşımında qadının hərəkətini sərt ifadələrlə tənqid edib: "Bu nə şoudur? Ana nədir? Bundan ana olar? Kül sənin elə qadın başına! 6 uşaq ey... Camaat bir uşağı üçün canını verir, zülmlə böyüdür. Bir övladı olsun deyə evini, maşınını satanlar var. Öl yerə gir!". Qeyd edək ki, verilişdən yayımlanan görüntülər cəmiyyətin diqqət mərkəzinə çevrilib və geniş müzakirələrə səbəb olub. /Bakupost.az
Aİ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalana
 Ətraflı
 Ətraflı
                                                Müğənni Nəfəs efirlərin birində qonaq olub.
 Ətraflı
 Ətraflı
                                                "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.
 Ətraflı
 Ətraflı
                                                Süni intellekt əsaslı ağıllı cihazlar və texnologiya ekosistemləri sahə
 Ətraflı
 Ətraflı
                                                Xaçmaz şəhərində yerləşən "Arzu" Özəl Ticarət Mərkəzi MMC
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev Mili Məclisin iyunun 24-də qəbul etdiyi "İstil
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın -
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurma
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Elton Hüseynəliyev paylaşımı ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            