İcra məmurları bu hallarda məsuliyyət daşıyacaqlar
Digərləri 14 İyl 2025 12:37:00 314 0
Xüsusi icra məmurları bu Qanunun tələblərinin pozulmasına görə qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.
Bu xəbəri də oxu: Goranboyda məktəbdə it xadiməyə hücum etdi
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Xüsusi icra məmurları haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmuru hüquqazidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində icra icraatının iştirakçılarına və digər şəxslərə vurulmuş ziyanı ödəməyə borcludur.
- Xüsusi icra məmurları öz fəaliyyətlərində yol verdikləri aşağıdakı intizam pozuntularına görə intizam məsuliyyətinə cəlb olnurlar: -peşə sirrinə əməl olunmaması;
- qanunla müəyyən edilmiş vəzifələrinin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsi, səlahiyyətinə aid olmayan tədbirlərin görülməsi;
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya Palatanın xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı qəbul etdiyi qərarların və digər aktların tələblərinə əməl olunmaması;
- tərəflərə və onların nümayəndələrinə icra işinin materialları ilə tanış olmaq, onlardan çıxarış etmək və həmin sənədlərin surətini çıxarmaq imkanının yaradılmaması;
- icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı hərəkətsizlik, mütəmadi müddət pozuntuları;
- İcra sənədlərinin icrasından əsassız imtina edilməsi;
-arxiv sənədlərinin mühafizəsi, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarının pozulması;
- kargüzarlıq qaydalarının pozulması;
- xüsusi icra məmurunun adına ləkə gətirən və ya xüsusi icra məmuru peşəsinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi;
- qadağan edilmiş fəaliyyətlə məşğul olunması, etik davranış qaydalarının tələblərinin pozulması;
- fəaliyyətinin dayandırılması barədə qərarın olmasına baxmayaraq fəaliyyət göstərməsi;
- icra haqları barədə tərəflərə qəsdən yanlış məlumatların verilməsi, icra haqlarının müəyyən edilmiş məbləğlərdən artıq alınması, yaxud icra haqlarının müəyyən edilmiş məbləğlərdən az olacağını vəd edərək tələbkarların cəlb edilməsi;
- bank hesablarından istifadə ilə bağlı bu Qanunun 15-ci maddəsində, mülki, ödəniş xidmətləri, ödəniş sistemləri və banklar haqqında qanunvericlikdə müəyyən edilmiş tələblərin pozulması, tələbkarlara ödənilməli olan vəsaitlərin icra haqları üçün nəzərdə tutulmuş və ya digər hesaba köçürülməsi və istifadə olunması;
- peşəyə laqeyd münasibət göstərilməklə ofisdə işin xüsusi icra memurunun ofisində iş qaydasında müəyyən olunan tələblərə uyğun təşkil edilməməsi;
- xüsusi icra məmuru statusu əldə etmək üçün müraciət etdiyi və ya şəhadətnamə aldıqdan sonrakı dövrdə xüsusi icra məmuru olmağa mane olan halların qəsdən gizlədilməsi; 31.2.16. Palataya üzvlük haqqının ödənilməməsi;
- səlahiyyətlərinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin surətlərinin və məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Palataya təqdim edilməməsi;
- fəaliyyətinin monitorinqinə və yoxlanılmasına maneçilik törədilməsi;
- ixtisasının və peşə hazırlığının artırılması üçün təşkil olunan təlimdə iştirak edilməməsi.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
"MİDA" yaşayış kompleksində ölüm hadisəsi baş verib.
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Afaq Bəşirqızı diqqət çəkən açıqlamalar verib.
 Ətraflı
 Ətraflı
                                                Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ü
 Ətraflı
 Ətraflı
                                                Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidas�
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatl
 Ətraflı
 Ətraflı
                                                Rusiyanın xalq artisti Aleksandr Mitta 92 yaşında vəfat edib
 Ətraflı
 Ətraflı
                                                Dünyanın siyasi xəritəsində geosiyasi plitələr tərpənəndə, bu titrəy
 Ətraflı
 Ətraflı
                                                Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifa
 Ətraflı
 Ətraflı
                                                Dünən İmişli rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş veri
 Ətraflı
 Ətraflı
                                                Türkiyəli məşhur aktrisa İrem Helvacıoğlu həyat yoldaşından ayrılır.
 Ətraflı
 Ətraflı
                                                Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı b
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, Humay Əliyeva adlı qız oftalmoloq Cahid Şahbazov t
 Ətraflı
 Ətraflı
                                                Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Buxarestd
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                         
                                         
                                         
                                         
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            