Magistraturaya ixtisas seçimi başladı
Digərləri 07 İyl 2025 13:11:00 333 0
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçimi başlayıb.
Bu xəbəri də oxu: Monteneqrodan gəlib arvadını öldürən Səbuhinin onunla arxiv
Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, ixtisaslaşma seçiminə magistraturaya 16 fevral və 11 may 2025-ci il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
Həmin bakalavrlar 2025-ci il iyulun 7-dən 13-dək (saat 23:59-dək) ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparmalıdırlar. Bakalavrlar öz istəklərinə görə ixtisaslaşma seçimində və müsabiqədə imtahanın hər hansı bir cəhdində göstərdikləri nəticə (topladıqları bal) əsasında iştirak edə bilərlər. Hər iki imtahan nəticəsi müsabiqə şərtini ödəyən bakalavrlar müsabiqədə iştirak etmək istədikləri imtahan nəticəsini seçə bilərlər.
İxtisaslaşma seçimi aparılan müddətdə bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilən bütün ixtisaslaşmalar seçim cədvəlinə əsasən bakalavrın bitirdiyi ixtisasa görə seçmək hüququ olan bir və ya daha çox sayda qəbul proqramına aid ola bilər (qəbul aparılan ixtisaslaşmalar və həmin ixtisaslaşmalara ayrılan yerlərin proqramlar üzrə siyahısı "Magistr" jurnalının 4-cü nömrəsində təqdim olunub).
"Magistr" jurnalının 4-cü nömrəsini DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A , həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və "Wolt" tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Müsabiqəyə yalnız "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
İyulun 8-də Azərbaycanda əsasən havanın dəyişkən buludlu olacağı, ara
 Ətraflı
 Ətraflı
                                                Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında
 Ətraflı
 Ətraflı
                                                DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) radarlarla bağlı hərəkə
 Ətraflı
 Ətraflı
                                                Müğənni Samir Piriyev açıqlaması ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                Natiq Cəfərli Anews.az-a bildirib ki, ölümlə bağlı yayılan xəbər yalan
 Ətraflı
 Ətraflı
                                                Dağıstan Respublikasının başçısı Sergey Melikov Azərbaycan-Rusiya mün
 Ətraflı
 Ətraflı
                                                "Milli Məclisdə "Dövlət borcu" haqqında Qanuna dəyişiklikl
 Ətraflı
 Ətraflı
                                                İyul ayı hər bürc üçün özünə dönüş, daxili səsə qulaq asmaq və k
 Ətraflı
 Ətraflı
                                                Elm və Təhsil Nazirliyi ümumtəhsil pilləsi üzrə dərsliklərin qrif ü�
 Ətraflı
 Ətraflı
                                                Türkiyədə Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl barəsində
 Ətraflı
 Ətraflı
                                                Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi
 Ətraflı
 Ətraflı
                                                "LC Waikiki" mağazalar şəbəkəsinin anbarında yanğın baş verib
 Ətraflı
 Ətraflı
                                                Ölkəmizdə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sər
 Ətraflı
 Ətraflı
                                                Putin Rusiya nəqliyyat nazirini vəzifəsindən azad edib.
 Ətraflı
 Ətraflı
                                                Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanadan görüntüsü yayılıb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            