İmtahan nəticələri elan olundu
Digərləri 03 İyl 2025 16:50:00 274 0
Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı çərçivəsində mayın 4-də keçirilən Azərbaycan dili imtahanında üzrlü səbəblərdən iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib "qeyri-məqbul" qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili) fənni üzrə test imtahanı keçirilib.
Bu xəbəri də oxu: Həbs edilən başçı Mehdiyevlə qonşu imiş
Son.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib:
"Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1459 nəfərdən 111 nəfər imtahana gəlməyib.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal isə 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq".
"İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 iyul saat 10:00-dan 6 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir. Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər. Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq",- deyə məlumata əlavə edilib.
İsrailin kəşfiyyat xidməti Mossad-ın rəhbəri David Barnea bildirib ki, ö
 Ətraflı
 Ətraflı
                                                Son 20 ildə Azərbaycan beynəlxalq əhəmiyyətli konfranslara, forumlara və
 Ətraflı
 Ətraflı
                                                Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.
 Ətraflı
 Ətraflı
                                                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi-�
 Ətraflı
 Ətraflı
                                                Müğənni Leyla Rəhimova ailəsinin dağılmasından danışıb.
 Ətraflı
 Ətraflı
                                                Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Du
 Ətraflı
 Ətraflı
                                                Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş vermiş cinayət işləri
 Ətraflı
 Ətraflı
                                                Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtis
 Ətraflı
 Ətraflı
                                                İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbə
 Ətraflı
 Ətraflı
                                                Özbəkistan və Azərbaycan arasında möhkəm qardaşlıq və dostluq əlaqəl
 Ətraflı
 Ətraflı
                                                Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, t�
 Ətraflı
 Ətraflı
                                                Məşhur müğənni və aktyor Orhan Gencebay yeni görüntüləri ilə gündəm
 Ətraflı
 Ətraflı
                                                Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkda
 Ətraflı
 Ətraflı
                                                "Amazon"un anbarlarında robotların sayı sürətlə artır.
 Ətraflı
 Ətraflı
                                                Bakıda oğurluq hadisəsi qeydə alınıb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            