“Nar”ın inklüziv peşə təlimi gəncləri iş həyatına hazırlayır
Digərləri 19 İyn 2025 19:00:00 494 0
Sərfəli rabitə xidmətləri təqdim edən "Nar", eyni zamanda sosial layihələrə verdiyi davamlı dəstəklə cəmiyyətə töhfə verməyə davam edir. Belə ki, "Karlara Dəstək" İctimai Birliyi ilə birgə həyata keçirilən "Təlim Məktəbi" layihəsinin 2024-2025-ci il mövsümünün yekunlarına həsr olunmuş konfrans keçirilib. Konfransda nitq və eşitmə məhdudiyyətli gənclərə modelyer-dizayner peşəsi üzrə təlimləri uğurla başa vurduqlarına dair sertifikatlar təqdim edilib. Tədbirdə dövlət qurumları və özəl sektor, həmçinin ictimai təşkilatların nümayəndələri iştirak edib. Konfransda təlim iştirakçılarının əl işləri nümayiş olunub və xüsusilə işəgötürənlər tərəfindən böyük maraqla qarşılanıb. Bu, gənclərə bacarıqlarını tanıtmaq və əmək bazarına çıxış üçün ilk fürsətlərini yaratmaq imkanı verib. Artıq bəzi iştirakçılar layihənin dəstəyi ilə ixtisaslarına uyğun işlə təmin olunub. "Nar" isə digər məzunların da işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlığı davam etdirir. Bu yanaşma layihənin real nəticələr verdiyini və davamlı sosial təsirə malik olduğunu göstərir. "Nar"ın İctimaiyyətlə əlaqələr və korporatv ünsiyyət departamentinin rəhbəri Hökümə Kərimova tədbir zamanı bildirib: "Təlim Məktəbi" vasitəsilə biz bu gənclərə yalnız peşə öyrətmir, eyni zamanda onların özlərinə inamını bərpa etməyə, cəmiyyət üçün faydalı fərdlərə çevrilmələrinə də dəstək oluruq. Bu layihə bizim üçün sadəcə sosial məsuliyyət deyil, həm də sosial dəyişimin bir hissəsidir". Qeyd edək ki, "Nar" müxtəlif sosial qrupların cəmiyyətə inteqrasiyasını dəstəkləyən layihələri prioritet hesab edir. Mobil operatorun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət (KSM) təşəbbüsləri çərçivəsində regionlarda maarifləndirici layihələrə, inklüziv təhsilə və gənclərin inkişafına davamlı şəkildə töhfə verilir. "Nar"ın dəstəyi ilə gerçəkləşən sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz. Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Bu xəbəri də oxu: Bu məhsulların tərkibində yod var Yeməyəndə əqli gerilik yaradır
Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 24-də bütün müavinət,
 Ətraflı
 Ətraflı
                                                Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Horta Azərbayca
 Ətraflı
 Ətraflı
                                                Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, S
 Ətraflı
 Ətraflı
                                                Mozambikli sosial media fenomeni Ana Barbara Buhr Buldrini İstanbuldakı özəl
 Ətraflı
 Ətraflı
                                                Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasın�
 Ətraflı
 Ətraflı
                                                Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto Azərbaycan Respublikas�
 Ətraflı
 Ətraflı
                                                Soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri v
 Ətraflı
 Ətraflı
                                                Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bild
 Ətraflı
 Ətraflı
                                                İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla
 Ətraflı
 Ətraflı
                                                Xalq artisti Afaq Bəşirqızı açıqlamaları ilə diqqət çəkib.
 Ətraflı
 Ətraflı
                                                Tale bizə Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsinin şa
 Ətraflı
 Ətraflı
                                                Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi xalqlarımızın talel�
 Ətraflı
 Ətraflı
                                                "WhatsApp"da uzun müddətdir gözlənilən reklamlar artıq tətbiq o
 Ətraflı
 Ətraflı
                                                Lənkəranda toya gedənlər qəzaya düşüb.
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            