Leyla Əliyeva London Dizayn Biennalesində Azərbaycan MAMA "Ana təbiət” sərgisində iştirak edib FOTO
Digərləri 19 İyn 2025 13:23:00 379 0
London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbaycan pavilyonunun rəsmi açılışı olub. Azərbaycan London Biennalesində ilk dəfə təmsil edilir.
Son.az xəbər verir ki, milli pavilyon çərçivəsində Heydər Əliyev Mərkəzi və IDEA İctimai Birliyinin təqdim etdiyi MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisində təbiət incəsənətin, yaddaşın və gələcəyin mənbəyi kimi təsvir olunur və insanın təbiətlə dərin bağları müasir incəsənət və ekoloji düşüncə vasitəsilə araşdırılır.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva planetimizdə iqlim dəyişikliyi nəticəsində yaranan mövcud problemlərə diqqət çəkərək təbiətlə yenidən əlaqə qurulmasının vacibliyini, qayğının, yaradıcı düşüncənin rolunu vurğulayıb. "Təbiət bizim evimizdir. Qlobal dəyişikliklər fonunda biz yalnız məsuliyyət deyil, eyni zamanda incəsənət, gözəllik, qadın duyumu vasitəsilə təbiətin ritmlərini, səsini yenidən eşitmək imkanı əldə edirik", - deyən Leyla Əliyeva bildirib ki, "Ana təbiət" beynəlxalq incəsənət layihəsi Bakıda Heydər Əliyev Mərkəzindəki debütü, Bəhreyn İncəsənət Mərkəzi və Romadakı MAXXI incəsənət muzeyindəki uğurlu təqdimatından sonra səyahətini davam etdirir. Londondakı sərgi bu yolun mühüm mərhələsinə çevrilib və Azərbaycan bir daha sübut edir ki, mədəniyyət, ekologiya və humanist dəyərlərin qovşağında qlobal dialoq aparmaq gücünə malikdir.
London Dizayn Biennalesi-2025-in direktoru Viktoriya Broaks çıxışı zamanı pavilyonun şeiriyyətini diqqətə çəkib və ekoloji çağırışa verdiyi bədii cavabı yüksək qiymətləndirib.
Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Britaniya parlamentinin Lordlar palatasının üzvü lord Con Alderdays mədəni mübadilənin və ekoloji dialoqun davamlı gələcək üçün əhəmiyyətini vurğulayıb.
Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən "Azərbaycan m
 Ətraflı
 Ətraflı
                                                Artıq 7 ildir ki, iki övladı üçün aliment ödəyən Nağıb Bədəlov sonu
 Ətraflı
 Ətraflı
                                                Son bir neçə ildə ölkədə yay mövsümünün ilk ayında hava şəraiti nis
 Ətraflı
 Ətraflı
                                                İranın paytaxtı Tehranda MOSSAD-a məxsus baza aşkarlanıb.
 Ətraflı
 Ətraflı
                                                Gürcüstanın İsraildəki səfirliyinin yerləşdiyi binanın yaxınlığına
 Ətraflı
 Ətraflı
                                                Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhə
 Ətraflı
 Ətraflı
                                                Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika
 Ətraflı
 Ətraflı
                                                Yay ayları mövsümi meyvə və tərəvəzlərin bol olduğu dövr olduğu üç
 Ətraflı
 Ətraflı
                                                Bu ilin ilk rübündə Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollar birbaşa
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            