Ölüm hadisəsi baş verən klinikada yoxlama aparıldı Həkim qanunsuz işləyirmiş
Digərləri 18 İyn 2025 16:34:00 532 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi "Mərcan" klinikasında ölüm faktından sonra aparılmış plandankənar yoxlamanın nəticələrini açıqlayıb.
Bu xəbəri də oxu: Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzində işçi qrup yaradılıb və "Mərcan" klinikasında plandankənar yoxlama həyata keçirilib.
Mərkəzdən bildirilib ki, daha əvvəl keçirilmiş yoxlamalar zamanı aşkar olunmuş qanun pozuntuları səbəbindən "Mərcan" klinikasının cərrahiyyə əməliyyatları aparmaq hüququ dayandırılıb, yəni lisenziyasının fəaliyyəti məhdudlaşdırılıb. Lakin buna baxmayaraq, plandankənar yoxlama zamanı klinikada cərrahiyyə əməliyyatlarının icrasının davam etdirildiyi müəyyən edilib.
Aşkarlanmış faktla bağlı Analitik Ekspertiza Mərkəzi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə hüquqi tədbirlərin görülməsi üçün təqdim olunub.
İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada nəzərdə tutulmayan tibb fəaliyyətinin həyata keçirilməsinə görə:
- fiziki şəxslər 300 manatdan 500 manatadək,
- vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
- hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Bundan əlavə, yoxlama zamanı həkim Nigar Məhəmmədovanın müvafiq sertifikasiyadan keçmədən plastik cərrah fəaliyyəti göstərdiyi faktı da aşkar edilib. Bu fakta görə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə protokol tərtib olunub və müvafiq orqanlara təqdim edilib.
İXM-in 215.4-cü maddəsinə əsasən, sertifikasiyadan keçməyən şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına görə:
- vəzifəli şəxslər 800 manatdan 1000 manatadək,
- hüquqi şəxslər isə 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilə bilər.
Məlumatda qeyd olunub ki, həmin ölüm faktı hüquq-mühafizə orqanlarının araşdırma səlahiyyətindədir və bu məsələ müvafiq qaydada həmin qurumlar tərəfindən araşdırılır.
Qeyd edək ki, Rusiya vətəndaşı olan 37 yaşlı Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Bu barədə ilk məlumatı Teleqraf.com yayıb.
Bəniz kimi tanınan tiktoker Aybəniz Xəlilovanın sevgilisindən şantajla 1
 Ətraflı
 Ətraflı
                                                Daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyev
 Ətraflı
 Ətraflı
                                                Kanada hökuməti Rusiyaya qarşı növbəti sanksiyalar paketini açıqlayıb.
 Ətraflı
 Ətraflı
                                                Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasını
 Ətraflı
 Ətraflı
                                                Bakıda "Bolt" taksi şirkətinə məxsus "BYD" markalı avt
 Ətraflı
 Ətraflı
                                                Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan monitorinqlər zaman�
 Ətraflı
 Ətraflı
                                                İyunun 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəh
 Ətraflı
 Ətraflı
                                                MOSSAD casusları son üç ildir İranda əsasən yük avtomobili sürücü ki
 Ətraflı
 Ətraflı
                                                Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Silahlı Qüvvələrin Ko
 Ətraflı
 Ətraflı
                                                İran Prezidenti Məsud Pezeşkian hökumət rəsmiləri ilə müşavirə keçir
 Ətraflı
 Ətraflı
                                                Bakının Binəqədi rayonunda istismara yararsız binalar söküləcək. Artıq
 Ətraflı
 Ətraflı
                                                Türkiyəli məşhur aktyor Burak Özçivit avtomobil həvəsi ilə yenidən gü
 Ətraflı
 Ətraflı
                                                Azərbaycanda kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkil
 Ətraflı
 Ətraflı
                                                "Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisasl
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            