"Ətir seçərkən bu 5 notdan qaçın" Mütəxəsisdən XƏBƏRDARLIQ
Digərləri 10 İyn 2025 12:45:00 90 0
"Ətir yalnız qoxu deyil, o bir davranış biçimidir. Özünəinam hissini gücləndirmək istəyən insanlar üçün ətir seçimi düşündüyümüzdən daha çox şey ifadə edə bilər".
Bu xəbəri də oxu: Bəzi insanlar psixoloqa deyil, süni intellektə üz tuturlar...
Son.az xəbər verir ki, bu barədə tanınmış əttar və parfümeriya üzrə mütəxəssis Türkan Alixanova açıqlamasında deyib.
Onun sözlərinə görə, özünəinamı artırmaq üçün seçilən ətirlər birbaşa insanın enerjisinə və xarizmasına təsir edir:
"Özünəinam hissini oyadan ətirlər adətən dərin və xarakterli notlardan ibarət olur. Belə ətirlərdə əsasən odunsu, dəri və şərq motivləri ön planda olur. Məsələn, vetiver, paçuli, sandal ağacı və kişmiş dəri notları insanın xarizmasını önə çıxarır və güvən hissi yaradır".
Alixanova həmçinin vurğulayır ki, qadınlar və kişilər üçün bu hissi verən ətir tərkibləri fərqli ola bilər:
"Qadın özünü güclü və cazibədar hiss etmək istəyirsə, amber və musk ilə zənginləşdirilmiş çiçək notları - məsələn, jasmin və ya qızılgül - olduqca effektlidir. Bu notlar eyni zamanda qadının zərifliyini qoruyaraq onun daxili gücünü vurğulayır. Kişilər üçün isə qara bibər, tütün və oud kimi dominant tərkiblər əsl lider enerjisi bəxş edir. Bu notlar sakit, amma qərarlı xarakteri ifadə edir və qarşı tərəfə "özümü tanıyıram" mesajı verir".
Əttar onu da əlavə edir ki, ətir yalnız bədənə vurulan qoxu deyil, insanın gün ərzində necə hiss etdiyini formalaşdıran bir emosional haldır.
"Ətir yalnız qoxu deyil, o bir ruh halı, bəzən də bir davranış biçimidir. İnsan təravətli, güclü və fərqli qoxu hiss edəndə, özünü daha cəsarətli və müsbət hiss edir. Bu isə özünəinamın əsas açarlarından biridir", - deyə o, bildirib.
Qeyd edək ki, Türkan Alixanova yerli və xarici ətir brendləri ilə əməkdaşlıq edir və fərdi qoxu tərtibatı sahəsində də tanınır. Onun fikrincə, hər kəsin daxili enerjisinə uyğun bir ətir mövcuddur - sadəcə onu tapmaq lazımdır.
Kənan Son.az
Azərbaycanda bir sıra sosial müavinətlərin artırılması məsələsi həl�

Əsrlər boyu, xüsusilə Avropada olmaqla, dünyanı bürüyən və 30-40 milyo

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xə

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız

Bədənin ən vacib detoks orqanı olan qaraciyər sağlamlığımıza birbaşa

Bir-biriləri ilə qalmaqal yaşayan müğənnilər Manaf Ağayev və Əminə Ş

Gecə ərzində Rusiya Ukraynanın Kiyev və Odessa vilayətlərinə raket və P

Yalnız "CineMastercard" premium kinoteatrlar şəbəkəsində iyunun

Gündüz Arietid meteor yağışı bu gün özünün ən pik nöqtəsinə çatac

"Gənclik Mall"un parklanma yerinin giriş hissəsində "dropoff&

Cənubi Qafqazın hava məkanı uğrunda rəqabət sürətlənir. Azərbaycanla

Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliyanın milli bayramı münasibət

Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxti
