Azərbaycanda güclü zəlzələ gözlənilir?
Digərləri 09 Mar 2025 21:40:00 377 0
Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.
Bu xəbəri də oxu: DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI
Ardınca səhər saatlarında Lerik rayonunda 4 bal gücündə zəlzələ baş verib. Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar ediblər.
Son.az xəbər verir ki, baş verən zəlzələlərlə əlaqədar Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, yeraltı təkanlar laylardakı parçalanmalar nəticəsində baş verir.
"Elə gün olur ki, respublika ərazisində bu cür 20,30,40 təkan olur. Bunların içərisində də bir-ikisi hiss olunmalıdır da. Mən deməzdim ki, burada qeyri-adi nəsə var. Məsələn Babadağda yaşayış məntəqəsi yoxdur, təkan olub, maqnitudası 3,7 olub, heç yerdə hiss olunmayıb, amma biz bunu verməliyik. Çünki yer elmləri üzrə qurumların hamısı ilə işbirliyi aparırıq. Belə qəbul olunub. Bu məlumatlar çatmalıdır".
Q.Yetirmişli ötən il 6000-ə yaxın yeraltı təkanın qeydə alındığını vurğulayıb:
"Ondan 15-i hiss olunub. Biz 2024-cü ili ən zəif il kimi götürmüşdük. Dağıdıcı zəlzələ olmamışdı. 3 dənə maqnitudası 5-dən yuxarı olan zəlzələ olmuşdu və bunlar da ciddi fəsadlar törətməmişdi. 5-dən yuxarı maqnitudalı zəlzələlər Lənkəran, Lerik, Sabirabadda olmuşdu. Allah uzaq eləsin, katastrofik dağıdıcı zəlzələlərdən. Gedən prosesləri izləyirik, güclü dağıdıcı zəlzələ ehtimalına əsas vermir. Bu cür təkanlar olub, olacaq".
Bəs bundan sonra dağıdıcı zəlzələ gözlənilirmi?
Q.Yetirmişli suala cavabında deyib:
"Hər günün öz hökmü var. Hərəkətlərin hamısı izlənilir. Mən deməzdim ki, dağıdıcı, katastrofik zəlzələ olacaq, söhbət bloklardan gedir, yəni lay dəstələri elə sürətli olmalıdır ki, hansısa katastrofik zəlzələ törətmə ehtimalı olsun. Hiss olunan zəlzələlər gücdən, dərinlikdən asılı olur, öncədən demək düzgün deyil, amma elə seysmogen bölgə yoxdur ki, orada güclü zəlzələ olsun". (Modern.az) Son.az
Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə amerikalı h
 Ətraflı
 Ətraflı
                                                Mərkəzi Aran Reqional Təhsil İdarəsinin Ucar rayon Təhsil sektorunun müdi
 Ətraflı
 Ətraflı
                                                Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illi
 Ətraflı
 Ətraflı
                                                M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
 Ətraflı
 Ətraflı
                                                Tanınmış stomatoloq Kamran Cabbarov infarktdan vəfat edib.
 Ətraflı
 Ətraflı
                                                Səhhətimdə problem var idi, insult və infarkt keçirmişdim. Buna görə də
 Ətraflı
 Ətraflı
                                                Ağ Ev yaxınlığında ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları ilə
 Ətraflı
 Ətraflı
                                                Martın 9-u axşamdan 14-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda
 Ətraflı
 Ətraflı
                                                Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərl�
 Ətraflı
 Ətraflı
                                                ABŞ, Kanada və Avropada aparılan araşdırmalar göstərir ki, əməliyyat ü
 Ətraflı
 Ətraflı
                                                Əməkdar artist Yusif Mustafayev ünvanına yazılan tənqidi şərhlərdən da
 Ətraflı
 Ətraflı
                                                
 
                                                             
                                                                                                             
                                                         
                                                         
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                             
                                                                                                            