“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar”


Digərləri 23 May 2025 08:25:00 80 0

“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar”

Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb.

Son.az xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.

Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib: "Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib. 52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə "Mersedes" markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da "Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı", - cavabını verib.

Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar".

Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib: "Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin". --------

DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılıb və əməldə kriminal tərkib olmadığı müəyyən edilib.

Mövzuya aid videogörüntünü təqdim edirik: Son.az

Talıb yeni doğulan qızı ilə like
  • 23 May 08:13  
Şou-biznes Talıb yeni doğulan qızı ilə

Xəbər verdiyimiz kimi, müğənni Talıb Tale ata olub.

arrow Ətraflı
Bakı metrosunda veyp xəbərdarlığı like
  • 23 May 08:08  
Digərləri Bakı metrosunda veyp xəbərdarlığı

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlan�

arrow Ətraflı
Zaminin maaşından borc nə qədər tutula bilər?  AÇIQLAMA like
  • 23 May 07:35  
Digərləri Zaminin maaşından borc nə qədər tutula bilər? AÇIQLAMA

Bir çoxumuz bəzən heç düşünmədən dost-tanışımıza zaminlik edirik. K

arrow Ətraflı
Röya Ayxan qırmızı xalıda like
  • 23 May 06:35  
Şou-biznes Röya Ayxan qırmızı xalıda

Xalq artisti Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxıb.

arrow Ətraflı
Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar  SİYAHI like
  • 23 May 05:05  
Digərləri Bu telefonların ömrünə cəmi 10 gün qalıb – Tarixə qovuşurlar SİYAHI

Texnologiya nəhəngi "Xiaomi" 2025-ci ilin iyun ayından etibarən ye

arrow Ətraflı
Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi like
  • 23 May 04:04  
Digərləri Ev sahiblərini heyran edən 8 ağıllı kağız dəsmal fəndi

Kağız dəsmallar yalnız əlləri qurulamaq və təmizlik üçün deyil.

arrow Ətraflı
Məşhur müşənni bu yayın trendini göstərdi  Bu ətəklər yenidən dəbdədir like
  • 23 May 03:03  
Şou-biznes Məşhur müşənni bu yayın trendini göstərdi Bu ətəklər yenidən dəbdədir

Yarığı olan cins ətək 2025-ci ilin yaz və yay mövsümünün əsas dəb tr

arrow Ətraflı
Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə like
  • 23 May 02:02  
Digərləri Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə

Şirəli gilas və ya onun şirəsi yuxusuzluq üçün təbii bir müalicə vasi

arrow Ətraflı
"Google"dan ciddi xəbərdarlıq: "Bu mesajı açmadan dərhal silin" like
  • 23 May 01:01  
Digərləri "Google"dan ciddi xəbərdarlıq: "Bu mesajı açmadan dərhal silin"

"Google" təxminən 2 milyard Gmail istifadəçisini xəbərdar edib.

arrow Ətraflı
"Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm" like
  • 23 May 00:41  
Şou-biznes "Anam məni ziyana saldı, bu yaşımda banka borc ödəyirəm"

Əməkdar artist Elza Seyidcahan şəxsi həyatı ilə bağlı sualları cavabla

arrow Ətraflı
İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq like
  • 23 May 00:27  
Dünya İlon Mask: Gələn aydan sürücüsüz taksilər istifadədə olacaq

Gələn ay ABŞ-nin Texas ştatının Ostin şəhərində "Tesla" şir

arrow Ətraflı
Canlı efirə müğənninin elə FOTOsunu göndərdilər ki...  studiyadan getdi like
  • 23 May 00:14  
Şou-biznes Canlı efirə müğənninin elə FOTOsunu göndərdilər ki... studiyadan getdi

Efirlərin birində qonaq olan müğənni Bəturə Hüseynovanın başına iş g

arrow Ətraflı
Günün qoroskopu: Cəsarətli olun like
  • 23 May 00:01  
Digərləri Günün qoroskopu: Cəsarətli olun

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Stomatoloqların DİQQƏTİNƏ: Pul qalmaqalına TƏBİBdən CAVAB like
  • 22 May 23:51  
Digərləri Stomatoloqların DİQQƏTİNƏ: Pul qalmaqalına TƏBİBdən CAVAB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Azərba

arrow Ətraflı
Məhsulu yalandan reklam edə bilməyəcəklər  Bloqerlərə pis xəbər like
  • 22 May 23:42  
Digərləri Məhsulu yalandan reklam edə bilməyəcəklər Bloqerlərə pis xəbər

Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlə

arrow Ətraflı