Bələdiyyə sədri və müşavirinə silahlı hücum Hər ikisi öldürüldü FOTO
Dünya 21 May 2025 14:40:00 423 0
Mexikonun meri Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücumda öldürülüb.
Bu xəbəri də oxu: ABŞdə təyyarə təcili eniş etdi
Son.az xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərində mer Klara Bruqadanın şəxsi katibi Ximena Quzman və onun müşaviri Xose Munoz silahlı hücumda öldürülüb.
Səlahiyyətlilərə görə, Quzman və Munoz Mexikoda Calzada de Tlalpan və Napoleon küçələrinin kəsişməsində maşında olarkən motosikletçinin hücumuna məruz qalıb. Həkim qruplarının bütün səylərinə baxmayaraq, Quzman və Munoz hadisə yerində dünyasını dəyişib.
Meksika prezidenti Klaudiya Şeynbaum Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi nazirinə hücum edənləri tapmağı tapşırıb, hadisə ilə bağlı araşdırma başlayıb.
Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən gündəlik mətbuat konfransında "Təəssüf ki, Ximena Quzman və Xose Munoz silahlı hücum nəticəsində həyatını itirib" deyib. Şeynbaum hücum edənlərin tapılması üçün Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi (SSPC) katibi Ömər Qarsiya Harfuka göstəriş verdiyini ifadə edərək, "Bu hadisənin məsulları cəzasız qalmayacaq və ədalət qarşısında cavab verəcəklər. İstintaq hərtərəfli aparılacaq və hökumətin tam dəstəyi var" sözlərini deyib.
Fidan Son.az
"İndi göylə gedir, o kadrlarını yayımlasam, yerlə bir olar"
Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekva
Mayın 21-də Budapeştdə Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir N
Rusiyada üç hava limanı təhlükəsizlik səbəbilə müvəqqəti bağlanıb.
Azərbaycanda mədəniyyətlə bağlı kanal var, ailə mədəniyyəti televiziy
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aun
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk.
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir
Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dolla
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti göstərdi ki
Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır.
Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan Respubli
