Kənan MM və Orxan Saffari polisə çağırıldı


Şou-biznes 19 Feb 2026 18:20:00 314 0

Kənan MM və Orxan Saffari polisə çağırıldı

Tanınmış rejissor Kənan Mahmudov (Kənan MM) və yazıçı Orxan Saffari polisə çağırılıb.

Son.az-ın əldə etdiyi məlumata görə, onların hər ikisi Nəsimi rayon Polis İdarəsinə dəvət olunublar.

Orxan Saffari Lent.az-a açıqlamasında polisə çağırıldığını təsdiqləyib. Bildirib ki, hazırda idarəyə gedir. 

Kənan MM isə telefon zənglərinə cavab verməyib. 

Qeyd edək ki, yazıçı Orxan Saffari tanınmış rejissor Kənan Mahmudov haqqında tənqidi fikirlər səsləndirib.