Balaəlinin boyunbağısı diqqət çəkdi


Şou-biznes 19 Feb 2026 16:50:00 257 0

Balaəlinin boyunbağısı diqqət çəkdi

Meyxanaçı Balaəli Maştağalı uzun müddətdir televiziya proqramlarında görünməməsinin səbəbi ilə bağlı danışıb.

Son.az-ın məlumatına görə, söz ustası bildirib ki, səhhətində yaranan problem buna əsas səbəb olub.

Onun sözlərinə görə, zəhərli zob xəstəliyi səbəbindən boyun nahiyəsində xüsusi boyunbağı taxmağa məcbur qalıb. Meyxanaçı qeyd edib ki, istifadə etdiyi boyunbağı təmiz daşlardan hazırlanıb və sağlamlıq cəhətdən ona uyğundur.

Balaəli əlavə edib ki, bu görünüş meyxanaçı tərzi üçün müəyyən qədər riskli sayıla bilər. Buna görə də o, boyunbağını geyimləri ilə uyğunlaşdırmağa çalışdığını, rəng və üsluba xüsusi diqqət yetirdiyini deyib.