Türkiyə Ermənistanla sərhədi bu tarixdə açacaq
Dünya 27 Dec 2025 14:50:00 78 0
Türkiyə Ermənistanla sərhədini 1 yanvar 2026-cı ildən üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün qismən açmağa hazırdır.
Read this news too: Nazarbayev uzun zaman sonra Kremldə göründü
Son.az xəbər verir ki, bu barədə Ermənistan nəşri "Hraparak" xəbər verib.
Türkiyənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç amerikalıların təzyiqi altında Yerevana sərhədin qismən açılması planlarını özündə ehtiva edən təklif və niyyət paketini təqdim edib. Lakin qəzet qeyd edir ki, sərhəd hələlik yüklər üçün açılmayacaq. Bunun əvəzinə Türkiyə, malların Gürcüstan ərazisi vasitəsilə Ermənistana tranzit edilməsini təklif edib.
Source: milli.az
