Günəşdə güclü partlayış baş verdi


Dünya 04 Nov 2025 14:39:00 70 0

Günəşdə güclü partlayış baş verdi

Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli partlayış qeydə alınıb.

Son.az-ın məlumatına görə, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildirilib.

"Noyabrın 4-də saat Bakı vaxtı ilə saat 5:48-də 4 274 ləkələr qrupunda (N22E72) rentgen diapazonunda 25 dəqiqə davam edən M3.5 sinfinə aid partlayış qeydə alınıb", - deyə məlumatda qeyd olunub.