Zaurdan Cığatel və qızının sözlərinə cavab


Şou-biznes 28 Oct 2025 22:37:00 631 0

Zaurdan Cığatel və qızının sözlərinə cavab

Aparıcı Zaur Kamal şair Cığatel İsaqızı və övladı Leyla Camalın oğlu Bartunun suallarını "ədəbsizlik" adlandırmasına cavab verib. 

Aparıcı Axşam.az-a açıqlamasında oğlunu müdafiə edib və onların inciməsini yersiz adlandırıb. Zaur bildirib ki, sualları redaktorlar tərtib edir: 

"Cığatel yox, qızı Leyla xanım narazılıq edib. Əgər narazı idisə, deyərdi, görüntünü efirdən çıxardardıq. Efir 10 dəqiqə gecikmə ilə yayımlanır. Adi, hər bir aparıcının verə biləcəyi suallardır. Burada ədəbsiz, xətrinə dəyən nə olub? Burada normal suallar idi. Cığatel xanım elə bildi ki, onu sevməyən kimsə sualları bizə göndərib. Onu istəməyənlər var. Onu qıcıqlandıran sual yox idi.

Redaktorlar sualları tərtib edir, Bartu da onları oxuyur. Evinin yanmasıdır ki, hər yerdə özü danışıb. Həyat yoldaşı haqda da danışıb. 30 ilin aparıcısıyam, burada sənətkarın, sənətçinin xətrinə dəyəcək nəsə yoxdur".