FHNdən hava ilə bağlı XƏBƏRDARLIQ
Digərləri 18 May 2025 14:59:00 52 0
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, may ayının 19-dan 20-dək bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, bəzi çaylarda sululuğun artacağı, sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Bu xəbəri də oxu: Qənirə Paşayevanın büstü hazırlandı FOTO
Son.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində deyilir.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Eləcə də kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş

Mayın 18-də paytaxtdakı ümumi təhsil müəssisələrinin VI sinifləri üzr

Qadın həbsxana nəzarətçisi məhkumun sperması ilə özünü mayalamağa ç

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyya

2025-ci ilin yayı ilə bağlı qorxulu ehtimallar artır.

Azərbaycanlı aktyor Elşən Orucov səfər məqsədilə Türkiyənin Mardin ş

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Türkiyənin Muğla vilayətində ana Nazlı Zeynəb A. qızını atasına 43 d

Azərbaycanda keçiriləcək "Araz-2025" birgə hərbi təliminə İra

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi gen

17-18 may tarixlərində Rusiya ordusu Ukrayna ilə müharibədə 1,130 hərbçi
