Elgünün dayısı: "Xahiş edirəm belə halların qarşısı alınsın"
Digərləri 17 May 2025 23:32:00 51 0
"Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər".
Bu xəbəri də oxu: "Taleyinə uğurunu ailəsi ilə bölüşmək yazılmadı..." FOTO
Son.az xəbər verir ki, bu barədə Teleqraf-a Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib.
Onun sözlərinə görə, bu gün E. İbrahimovun ailə üzvləri Gəncə şəhər Prokurorluğuna çağırılıb:
"İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı".
S. Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. Xüsusilə, E. İbrahimovun qəsd etməsi xəbərlərinə münasibət bildirib:
"Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır".
E. İbrahimov sonuncu dəfə də anası ilə danışıb, hazırlığa getdiyini bildirib.
Məlumat üçün bildirək ki, E. İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. Son.az
16 may tarixində Heydər Əliyev Sarayında AHİK-ın üzv təşkilatı Azərba

"Ukrayna Prezidenti Volodimir Zelenski dünyada ən yaxşı alverçidir&quo

Bu gün Paytaxtın Nəsimi rayonunda yerləşən 46 saylı tam orta məktəbdə

Finlandiyanın qərbində yerləşən Eura bölgəsində iki helikopterin havada

İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampı yalan danışmaq

Prof. Dr. Celal Şengör-ün, sosial mediada yayılan görüntülərindəki söz

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağında insanlar aclıqdan

ABŞ Prezidenti Donald Trampın güc tətbiq etmək təhdidlərinə baxmayaraq,

"Elgizlə izlə" verilişində Əməkdar artist Ruhəngiz Musəvi ilə

Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda liderlər səviyy

"Google" bütün istifadəçilərinə vacib xəbərdarlıq edib - bəz
