Şantaj edərək bu hotellərdən pul alıb FOTO
Kriminal 17 May 2025 18:28:00 67 0
Şantaj ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən "Azerinfo.az" saytının rəhbəri İbrahim Hümbətovun həbsi ilə bağlı təfərrüatlar məlum olub.
Bu xəbəri də oxu: Yeni "Quli" peyda oldu Böyük "müharibə" olacaq FOTO
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paytaxtın bir neçə rayonunda yerləşən mehmanxana icarədarlarını, həmçinin müxtəlif qurumların rəhbərlərini şantaj edərək onlardan pul tələb edib.
İbrahim Hümbətov sayt rəhbəri olduğunu deyərək Xətai rayonunun Babək prospektindəki "Dalğa" və Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən "Maral" adlı hotellərin icarədarlarını həmin məkanların əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsi barədə məlumat yaymaqla hədələyib. O, icarədarlardan mütəmadi olaraq aylıq pul alıb- "Maral"ın icarədarı 1 il ərzində hər ay 50 manat (ümumilikdə 650 manat), "Dalğa"nın icarədarı isə hər ay 30 manat (ümumilikdə 1010 manat) verib.
İstintaq zamanı müəyyən olunub ki, Hümbətov yalnız mehmanxana sahibləri ilə kifayətlənməyib. O, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi, Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional İdarəsinin rəisini də müxtəlif formada şantaj edib və onlardan da pul alıb.
Cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hümbətov ittihamları qəbul etməyib və deyib ki, həmin şəxslər ona xəstəliyi ilə bağlı yardım məqsədilə könüllü şəkildə pul veriblər.
Lakin zərərçəkmiş şəxslərin ifadələri və toplanmış digər sübutlar əsasında İbrahim Hümbətovun təqsiri sübuta yetirilib. Hökmə əsasən, o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Son.az
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayo

Yaşıl soğan tərkibindəki vitamin və minerallarla sağlamlıq üçün bir �

Müğənni Kəmalə Qaramollayeva qalmaqallı açıqlamalar verib.

Sosial şəbəkələrdə yayılan görüntü narazılıq doğurub.

Bu həftənin sonunda ulduzlar israrlı, dəyişməyə açıq və məsuliyyəti

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı, "Nazar

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirv�

Melaniya Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti Donald Trampın həyat yolda�

Xəbər veridiyimiz kimi, bir zamanların məşhur "Kamerton" veriliş

TÜRKSOY Baş Katibi Sultan Raev, Azərbaycanının tarixi və mədəniyyəti ba

Məşhur müğənni Candan Erçetin illərdir qurduğu layihəsini axır ki, hə

Azərbaycanlı müğənni məşhur iş adamı atası ilə görüntüləndi

Ömər Behbudovun (şərti ad və soyad) keçmiş həyat yoldaşı Nazilə Əhm�
