Onlar ölkədən çıxa bilməyəcək
Digərləri 16 May 2025 12:51:00 69 0
Borcluların ölkədən getmək hüququ yeni qaydada müvəqqəti məhdudlaşdırılacaq.
Bu xəbəri də oxu: Bakıda yeni bulvar salınacaq
Son.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "İcra haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə informasiya sistemindən" "Elektron icra" informasiya sisteminə ötürülür. "Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürüləcək və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir. Bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat veriləcək, o cümlədən borclunun adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndəriləcək.
Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil ediləcək və "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürüləcək. Həmin məlumat-axtarış sistemində tətbiq edilmiş məhdudiyyət götürüləcək və bununla bağlı borclunun mobil telefon nömrəsinə SMS göndəriləcək.
Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib./qafqazinfo
Albaniyanın paytaxtı Tirana şəhərində "Avropa Siyasi Birliyi" 6-

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küç

Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya açıqlama verib.

Türkiyədə azərbaycanlı qadını qətlə yetirən şəxsə hökm oxunub.

Kursant hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulaca

İsti havalarda avtomobil salonunu sərin saxlamaq çətindir, xüsusilə günə

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan i

Son günlər sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin gu

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 239 ünvanında (əvvəl

Bülbülə gölündə təmizlik və quruculuq işləri davam etdirilir.
