Anar Ələkbərov: "Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olunub" FOTO
Siyasət 13 May 2025 17:46:00 70 0
Uzun illər dağıdılmış vəziyyətdə qaldıqdan sonra bərpa edilən Zəngilan məscidi XIX Venesiya Arxitektura Biennalesində təqdim olunub.
Bu xəbəri də oxu: Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli
Bu məscidin Azərbaycanın iştirak tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq memarlıq platformasında nümayiş etdirilməsi Qarabağın mədəni dirçəlişi və memarlıq vasitəsilə milli kimliyin qorunub saxlanması istəyini nümayiş etdirir.
Trend-ə müsahibədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov bu hadisənin əhəmiyyətini vurğulayıb:
"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Zəngilan məscidi Venesiya Arxitektura Biennalesində təqdim olundu. Bu, Azərbaycanın azad edilmiş torpaqlarına mədəniyyətin, etiqadın və tarixi yaddaşın qayıdışının dünya ictimaiyyətinə canlı nümayişidir", - deyə o bildirib.
Ələkbərovun sözlərinə görə, onilliklər boyu dağıdılmış vəziyyətdə qalan Zəngilan məscidi bu gün tarixi irslə müasir yanaşmaları birləşdirən memarlıq fəlsəfəsinin təcəssümüdür. Azərbaycanın hazırda işğaldan azad edilmiş ərazilərində otuz ilə yaxın işğal zamanı yaşayış binaları və infrastruktur dağıdılıb, təbii sərvətlər talan edilib, tarixi, mədəni və dini abidələr təhqir olunub. Xüsusən də Zəngilan məscidi də işğal dövründə heyvanların saxlanıldığı tövlə kimi istifadə olunub.
Ərazilər azad olunduqdan sonra Qarabağda tarixi, dini və mədəni abidələrin bərpası layihələri çərçivəsində Zəngilan məscidində də tikinti-bərpa işlərinə başlanılıb. Qorunub saxlanılmış tarixi məscidin yanında yeni bir məscid inşa olunub və bu gün həmin məscid azad edilmiş torpaqların mənəvi və memarlıq dirçəlişinin rəmzi kimi dünyaya təqdim olunur.
Qeyd edək ki, XIX Arxitektura Biennalesində ölkəmiz "Tarazlıq. Azərbaycanın motivləri" adlı pavilyonla təmsil olunur. Pavilyon Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.
Milli pavilyonun ekspozisiyasına son illərdə Azərbaycan memarlığının dinamik inkişafını əks etdirən mühüm layihələri - "Bakı Ağ Şəhər", "Zəfər Parkı" və "Zəngilan məscidi" daxildir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikas�

Bu gün maliyyə təhlükəsizliyiniz fiziki deyil, rəqəmsal hücum altındad�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynanı sülh danı�

19 may "Nostalji axşam" möhtəşəm qala konsert Bakıda! Bəstəkar

Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama ə

Müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı müddəti

Müğənni Bahar Lətifqızı diqqət çəkən açıqlamalar verib.

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini - Azərbaycanın Hərbi

Redington Türkiyə, Azərbaycanda açdığı yeni ofis ilə MDB bölgəsindəki

Biləcəri qəsəbəsi Natavan küçəsində yerləşən meşəlik ərazi acına

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə müzakirələrə çevrilən ç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfər edib.

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial media
