Deputat: AzərbaycanLüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır FOTO


Siyasət 12 May 2025 15:35:00 70 0

Deputat: AzərbaycanLüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır  FOTO

Milli Məclisin Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mənim və həmkarım, işçi qrupun üzvü Elçin Mirzəbəylinin Lüksemburqa səfəri çərçivəsində bu ölkənin Deputatlar Palatasında Demokratik siyasi qrupun rəhbəri Jil Baum, Xarici və Avropa İşləri, Əməkdaşlıq, Xarici Ticarət və Böyük Region üzrə Komitəsinin sədri, Demokratik siyasi qrupun üzvü Qusti Qraas, Lüksemburqun Xarici və Avropa İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru Veronik Dokendorf, Lüksemburq Deputatlar Palatasının Ətraf Mühit, İqlim və Biomüxtəliflik üzrə Komitəsinin sədri, Sosial - xristian siyasi qrupun üzvü Pol Qal, eləcə də Lüksemburqun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alen De Müzerlə görüşümüz keçirilib. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı istiqamətində səmərəli müzakirələr aparılıb.

Bu sözləri Lüksemburqa səfərlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşən Milli Məclisin deputatı Nigar Məmmədova deyib.

O qeyd edib ki, 33 ildir ölkələrimiz arasında qurulan diplomatik münasibətlər ikitərəfli əlaqələri inkişaf etdirmək üçün əlverişli zəmin yaradıb. Parlamentlərarası münasibətləri inkişaf etdirmək üçün də imkanlar genişdir. 2005-ci ildən etibarən Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

"Sözügedən qrupun rəhbəri olaraq ölkələrimiz arasında parlament diplomatiyasını inkişaf etdirməyin zəruriliyini qeyd etdim. Həmçinin Azərbaycan parlamentinin fəaliyyətinin açıqlıq və aşkarlıq prinsipləri üzərində qurulduğunu, ölkəmizdə dərin parlamentarizm ənənələrinin mövcud olduğunu diqqətə çatdırdım. Vurğuladım ki, bu gün Azərbaycan parlamentində müxtəlif siyasi partiyaların və sosial qrupların nümayəndələri təmsil olunur ki, bu da müxtəlif siyasi baxışların ifadəsinə, siyasi dialoqun inkişafına töhfə verir. Eyni zamanda, Azərbaycanda siyasi sferada, o cümlədən parlamentdə qadınların aktiv iştirakçılığına da diqqət çəkdim. Qadınların ictimai-siyasi mühitdəki aktivliyinin sülhə, dialoqa, əməkdaşlığın inkişafına töhfə verdiyini vurğuladım. Müzakirələr zamanı Azərbaycanla Lüksemburq arasında parlamentlər səviyyəsində əməkdaşlıqda yeni mərhələnin başlamasının vacibliyi də qeyd olundu. Azərbaycan və Lüksemburq parlamentləri arasında əlaqələrin yaradılması təşəbbüsü dəstəkləndi", - deyə N.Məmmədova bildirib.

Görüşlərdə, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlara da diqqət çəkdiyini deyən deputat əlavə edib: "Bildirdim ki, 30 ildən sonra dayanıqlı sülh və təhlükəsizlik imkanları yaranıb. Qalib ölkə kimi ilk sülh təklifinin də müəllifi Azərbaycandır. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda tam yeni inkişaf mərhələsi başlayıb. Bu yeni reallıqlarla tanış olmaq üçün lüksemburqlu həmkarlarımı ölkəmizə dəvət etdim. Lüksemburq da Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır. Bu fikir keçirdiyimiz görüşlərdə xüsusi vurğulandı".

Azərbaycan-Lüksemburq münasibətlərinə həm də Azərbaycan-Avropa İttifaqı kontekstindən yanaşıldığını qeyd edən N.Məmmədova deyib: "Məlum olduğu kimi, hazırda Strasburq və Brüssellə birlikdə Avropa İttifaqının paytaxtlarından biri olan Lüksemburq Avropanın kəsişmə nöqtəsi kimi strateji əhəmiyyətə malikdir. Bu xüsusda Lüksemburq-Azərbaycan münasibətlərinin inkişafı rəsmi Bakı ilə Avropa İttifaqı əlaqələrinə də bilavasitə töhfə vermiş olar. Avropa İttifaq ilə Azərbaycan arasında yüksəksəviyyəli münasibətlər mövcuddur. Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Bu günlərdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri zamanı da ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin diqqət mərkəzində olub".

Deputat qeyd edib ki, Lüksemburq nümayəndə heyəti də öz növbəsində qarşılıqlı səfərlərin perspektivinə diqqət çəkib. Görüşdə, həmçinin Azərbaycanın ötən il ev sahibliyi etdiyi COP29-un iqlim dəyişikliyi ilə mübarizəyə töhfəsi xüsusi qeyd olunub. Bu nüfuzlu konfransda iştirak edən Lüksemburq nümayəndə heyəti də ekoloji məsələlərlə bağlı Azərbaycanın təcrübəsinə böyük marağın olduğunun qənaətdədir.

"Azərbaycan həm də Avro-Atlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağıdır. Bu baxımdan, Azərbaycan və Lüksemburq arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar var. Təsadüfi deyil ki, Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin idarə rəisi Veronik Dokendorfun rəhbərlik etdiyi nümayəndə heyətinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı da Azərbaycanla əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb. Yeni əməkdaşlıq sahələri, birgə təşəbbüslərin reallaşdırılması potensialı müzakirə edilib.

Bir sözlə, hesab edirəm ki, Azərbaycan-Lüksemburq münasibətlərində yeni mərhələnin açılması hər iki tərəfin marağındadır. Qarşılıqlı səfərlərin, intensiv müzakirələrin faydalı nəticələr verəcəyinə inanıram", - deyə N.Məmmədova vurğulayıb.

"Lvbel C5"in həbsxanadan görüntüləri yayıldı like
  • 12 May 15:21  
Şou-biznes "Lvbel C5"in həbsxanadan görüntüləri yayıldı

Narkotik vasitələrin təbliği ittihamı ilə saxlanılan məşhur rep ifaçı

arrow Ətraflı
12 mayda Dolça Ay gərgin və hadisələrlə dolu həftə olacaq  DİQQƏTLİ OLUN like
  • 12 May 14:49  
Digərləri 12 mayda Dolça Ay gərgin və hadisələrlə dolu həftə olacaq DİQQƏTLİ OLUN

12 mayda baş verəcək Dolça Ay bu həftəyə emosional gərginlik və enerjin

arrow Ətraflı
Daha bir azərbaycanlı hərbçi RusiyaUkrayna müharibəsində həlak oldu like
  • 12 May 14:40  
Digərləri Daha bir azərbaycanlı hərbçi RusiyaUkrayna müharibəsində həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı hərbçi həlak olub.

arrow Ətraflı
Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ like
  • 12 May 14:31  
Digərləri Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət

arrow Ətraflı
“Anarı öldürdülər, indi də nəvəmə zənglər edirlər”  FOTO like
  • 12 May 14:24  
Şou-biznes “Anarı öldürdülər, indi də nəvəmə zənglər edirlər” FOTO

Mərhum reper Anar Nağılbazın anası Şərqiyə Cəbiyeva Tarix Əliyevin ver

arrow Ətraflı
AZAL Hindistan və Pakistana reysləri bərpa edir like
  • 12 May 14:15  
Digərləri AZAL Hindistan və Pakistana reysləri bərpa edir

Pakistan və Hindistan hava məkanlarında tətbiq edilən məhdudiyyətlər ara

arrow Ətraflı
Maşın bazarında son vəziyyət  VİDEO like
  • 12 May 14:10  
Digərləri Maşın bazarında son vəziyyət VİDEO

Maşın bazarında durğunluq davam edir.

arrow Ətraflı
Çiçəkləriniz solmasın deyə nə etmək olar?  VİDEO like
  • 12 May 14:05  
Digərləri Çiçəkləriniz solmasın deyə nə etmək olar? VİDEO

Çiçəklərinizin solmasına imkan verməyin - bu TikTok hesabları evinizi ya�

arrow Ətraflı
4cü dəfə burun əməliyyatına girəcək like
  • 12 May 14:02  
Şou-biznes 4cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.

arrow Ətraflı
Azərbaycanda yaşayış binasında PARTLAYIŞ  Ölən və yaralılar var like
  • 12 May 13:52  
Digərləri Azərbaycanda yaşayış binasında PARTLAYIŞ Ölən və yaralılar var

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib.

arrow Ətraflı
Türkiyədə güclü zəlzələ oldu like
  • 12 May 13:41  
Digərləri Türkiyədə güclü zəlzələ oldu

Son dəqiqə xəbərinə görə Türkiyədə güclü zəlzələ baş verib.

arrow Ətraflı
Filarmoniyada Ulu öndərin anadan olmasının 102ci ildönümü münasibətilə konsert keçirilib  FOTO like
  • 12 May 13:39  
Kriminal Filarmoniyada Ulu öndərin anadan olmasının 102ci ildönümü münasibətilə konsert keçirilib FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında müasi

arrow Ətraflı
İlhamə Elşadqızı məhkəmə qarşısında like
  • 12 May 13:20  
Digərləri İlhamə Elşadqızı məhkəmə qarşısında

"TikTok"da özünü şair kimi təqdim edən İlhamə Elşadqızının

arrow Ətraflı
İyunda bu tarixlərdə iş olmayacaq  TƏQVİM like
  • 12 May 13:12  
Digərləri İyunda bu tarixlərdə iş olmayacaq TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.

arrow Ətraflı
Gəncə Dövlət Filarmoniyasinda Xalq artisti Samir Cəfərovun solo konserti baş tutub like
  • 12 May 13:01  
Kriminal Gəncə Dövlət Filarmoniyasinda Xalq artisti Samir Cəfərovun solo konserti baş tutub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ümummilli Lider Heyd�

arrow Ətraflı