Məşur rejissor vəfat etdi
Şou-biznes 09 May 2025 16:35:00 85 0
"Fifty Shades Darker" və "Fifty Shades Freed" filmlərinin, eləcə də "House of Cards" serialının rejissoru Ceyms Foley vəfat edib.
Bu xəbəri də oxu: "Bu, mənim üçün son addım idi"
Son.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter" məlumat yayıb.
Bildirilir ki, o, 71 yaşında dünyasını dəyişib.
Məqalədə deyilir: "Nyu-Yorkun Bruklin bölgəsində anadan olan Ceyms Foley, 30 ildən çox davam edən karyerası ərzində Al Paçino, Şon Penn, Madonna və Mark Uolberq kimi A-list ulduzlarla çalışmış rejissor idi. O, 71 yaşında vəfat edib".
Rejissorun nümayəndələrinin bildirdiyinə görə, Foley bu həftənin əvvəlində Los-Ancelesdəki evində uzun sürən beyin xərçəngi mübarizəsindən sonra vəfat edib.
Ceyms Foley haqqında qısa bioqrafiya
Ceyms Foley 1953-cü ildə Nyu-Yorkda anadan olub. Kinematoqrafiyaya 1984-cü ildə çıxan "Reckless" filmi ilə başlayıb.
Onun ən tanınmış işləri arasında "Perfect Stranger" və dünya miqyasında məşhurlaşmış "Fifty Shades of Grey" filminin iki davamı - "Fifty Shades Darker" və "Fifty Shades Freed" yer alır.
Foley eyni zamanda "House of Cards", "Billions" və "Hannibal" kimi populyar serialların yaradılmasında da iştirak edib, "Twin Peaks"in bir seriyasına da rejissorluq edib.
Film və televiziya sahəsində 30 ildən artıq fəaliyyət göstərən Ceyms Foley, Al Paçino və Mark Uolberq kimi ulduzlarla əməkdaşlıq edərək sənayenin hörmət qazanan rejissorlarından birinə çevrilmişdi.
Kənan Son.az
Aktyor Müşviq Şahverdiyevin efirlərin birində qonaq olub.

"Microsoft"un həmtəsisçisi, tanınmış milyarder və xeyriyyəçi

İnsan bədəni təbiətin mürəkkəb və bənzərsiz strukturlarından biridir

Vladimir Putin Rusiyanı imperiya statusuna qaytarmaq üçün bu yollara əl atm

Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Lən

Son.az AZƏRTAC-a istinadən xəbr verir ki, Azərbaycan Respublikasının Prezi

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Pr

PKK-nın fəaliyyətinə son qoyulacağı açıqlanıb - Fəaliyyətin dayandır

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

ABŞ Prezidenti Donald Tramp zəngin amerikalılar üçün vergi dərəcəsini

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-da Azərbaycan Respublik

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-da Azərbaycan Respublik

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 9-da Azərbaycan Respublik
