Bu ərazilərdə evlər söküləcək – Əhali başqa yerə köçürülür
Digərləri 09 May 2025 10:00:00 72 0
Bakıda qəzalı və kəskin qəzalı vəziyyətdə olan binaların mərhələli şəkildə sökülməsi planlaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata əsasən, hazırda paytaxt üzrə 194 bina və 6 415 mənzili əhatə edən tədbirlərin icrasına start verilib. Bu proses yalnız şəhərin simasının yenilənməsinə deyil, daşınmaz əmlak bazarında mühüm dəyişikliklərə də yol aça bilər.
Bu xəbəri də oxu: Günün qoroskopu: Tək qalmaq istəyiniz ola bilər
Lakin illərdir köhnə və qəzalı binaların sökülməsi ilə bağlı müxtəlif proqram və planlar açıqlansa da, bu prosesin real icrasında ciddi ləngimələr müşahidə olunur. Sakinlərin razılığının alınması, alternativ mənzillə təminat məsələləri, maliyyə vəsaitlərinin ayrılması və texniki prosedurların vaxt aparması kimi səbəblər bu ləngimənin əsas amilləri sırasında yer alır. Bəzi hallarda isə bina sakinləri ilə investorlar arasında razılaşmanın əldə olunmaması layihələrin illərlə uzanmasına gətirib çıxarır.
Bəs növbəti söküntü işləri harada aparılacaq və proses nə zaman başlayacaq?
Globalinfo.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı news24.az-a açıqlamasında bildirib ki, mövcud proqram çərçivəsində artıq qiymətləndirmə işləri aparılıb və müəyyən binalarla bağlı tenderlər elan edilib:
"Proses əslində gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bununla bağlı qiymətləndirmə işləri aparıb və hətta tenderlər elan edib. Düzdür, proqramda binaların hamısının yerində tikinti nəzərdə tutulmur. Onların bəziləri sökülür və sakinlərə kompensasiya verilməklə ərazidən köçürülür. Amma elə ərazilər var ki, orada söküntünün aparılması və yeni binaların tikilməsi mütləqdir".
Ekspertin sözlərinə görə, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami və digər rayonlarında kifayət qədər köhnə və təhlükəli binalar mövcuddur. Bu binaların bəzilərində hələ də vətəndaşlar yaşayır ki, bu da həm onların həyat təhlükəsizliyi, həm də şəhərsalma baxımından ciddi problemlər yaradır:
"Bu proses mərhələli şəkildə davam edəcək və hər birinin yerində müasir yaşayış kompleksləri inşa ediləcək. Bu, təkcə şəhərin görüntüsünü dəyişmək üçün yox, həm də vətəndaşların daha təhlükəsiz və rahat yaşayış şəraiti ilə təmin olunması baxımından vacibdir. Proses Bakı şəhərinin baş planına uyğun şəkildə həyata keçirilir və bu il ərzində sürətləndirilməsi ilə bağlı müvafiq göstərişlər də verilib. Böyük ehtimalla ilin ortalarından sonra daha fəal dinamika müşahidə olunacaq".
Ramil Osmanlı həmçinin qeyd edib ki, bu tip yenidənqurma və söküntü işləri daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, yeni layihələr bazara daxil olduqca, həm qiymət dinamikasında, həm də təklif strukturunda dəyişikliklər baş verə bilər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mayın 9-da Azərbaycan Respublikas�

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızı

ABŞ-nin vitse-prezidenti JD Vance Hindistan və Pakistan arasında artan gərgi

Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni fotosu müzakirələrə səbəb ol

Bu gün, yəni 8 may 2025 üçün xarici astroloqların dediyinə görə şansl�

"Azərin" şirkətinin Baş direktoru, Azərbaycan İnternet Cəmiyyə

İkinci Qarabağ müharibəsinin başa çatmasından artıq dörd ildən çox va

Anqola Respublikasının Prezidenti Joao Lorenso mayın 8-də Azərbaycan Respub

Avroviziya təmsilçimiz Samirə Əfəndi qalmaqallı açıqlama verib.

Son zamanlar beynəlxalq medianın diqqəti yenidən Hindistanla Pakistan arası

Hər il məktəblərdə keçirilən məzun mərasimi şagirdlər üçün həm se

Tədqiqatçılar müəyyən ediblər ki, yeni tikili mənzillərin sakinləri te
