“Bunu edəndə elə bilirəm ki, başıma qaynar su tökülür” FOTO


Şou-biznes 13 Fev 2025 05:05:00 55 0

“Bunu edəndə elə bilirəm ki, başıma qaynar su tökülür”  FOTO

"Qəşəng geyinməyi sevirəm, amma hədsiz bədxərclik etməyi sevmirəm. Mən illərdir bu cür yaşayıram. Bir əşyanı, paltarı alıram və illərlə onu geyinirəm. Keyfiyyət mənim üçün kəmiyyətdən daha önəmlidir. Çalışıram qızıma da bunu aşılayım. Bizim evdə istifadə olunmayan əşya yoxdur. Hədsiz çox oyuncaq və ya geyim yoxdur. İnanmayacaqsız, amma bütün əşyalarımız dörd, maksimum beş orta ölçülü çemodana yerləşəcək qədərdir. Bu cür yaşamaq o qədər rahatdır ki. Ona görə bir yerdən digərinə, hətta şəhərdən şəhərə köçmək daha asandır".

Son.az bildirir ki, bu sözləri illər əvvəl ABŞ-yə köçən teleradioaparıcısı Günel Hümbətova instaqram səhifəsində yayımladığı postda yazıb.

Hümbətova bədxərc olmadığı və lazımsız alış-verişlərdən özünü çəkindirdiyini bildirib: 

"Çox əşyası, mənəvi və maddi yükü olan insana adətən köçmək, yeniliklərə açıq olmaq çətin olur. Və fikir verirəm illərdir məndə formalaşan bu həyat tərzi dəyişmir. Qətiyyən alış-verişə can atmıram. Florida ştatının ən böyük alış-veriş mərkəzi düz evimin yanındadır, amma ora daha çox restoranlar üçün gedirəm. Burada artıq 6 aydır köçmüşük amma heç bir dəfə də dəlisov "şoppinq günü" elan etməmişəm özümə və ya qızıma. Ümumiyyətlə, bütün günü xarici görünüşü ilə əlləşməyi, bütün enerjini yalnız xarici görünüşə qoymaq kimi məsələlər mənə çox yaddır və belə insanlarla da adətən sözüm-söhbətim tutmur. Yalnız markalardan, kosmetikadan danışan qadınlarla dostluq edə bilmirəm...

Bəli, lüks markaları sevirəm və üstün tuturam. Amma görməmiş kimi bütün pulumu lüks markalara xərcləmirəm. Keyfiyyətli və dəbli bir-iki əşyam, ayaqqabım olsun və onu bir çox brendlərlə uyğunlaşdırıb geyinirəm. Nəinki yüz ədəd keyfiyyətsiz və ucuz əşyalar. Sizə "True Cost" (Əsl xərc - red.) adlı dokumental filmi izləməyi məsləhət görürəm. Bunu 6-7 il əvvəl izləmişdim və "mass market" geyimlərin bir çoxunun keyfiyyətsiz əşyalardan nəinki ətraf mühitə ziyanı, hətta 3-cü dünya ölkələrində haradakı bu "mass market" geyimləri ərsəyə gətirir, uşaqların toksik zərərli materiallarla zoraki əməyindən istifadə olunduğunu faktlarla şahidi oldum. Bu haqda çox danışmaq olar, amma bütün lüks markalar da keyfiyyətli əşyalar istehsal etmir təbii ki... Sözün açığı Bakıda da yaşayanda belə idim. Amma Amerikada yaşamaq və hər şeyin bu qədər əl çatan olmağı bəlkədə mənim gözümü daha da doydurub. Bir misal çəkim. İki-üç dəfə istifadə olunmayacaq istənilən əşyaya pul xərcləmək məcburiyyətində qalanda elə bilirəm ki, başıma qaynar su tökülür. Amma qidalar içində ən orqanik və ən bahalısına pul xərcləməyə simiclik etmirəm. Təcrübəyə də ən son pulumu asanlıqla xərcləyirəm. Amma qızım bədxərcdir. Hər gün bu haqda onunla mübahisələrimiz olur".

Qeyd edək ki, Günel Hümbətova uzun illərdir ABŞ-də yaşayır. O, əri Firuz Soliyevlə iki il əvvəl boşanıb. Eks-cütıüyün Jozefina adlı bir qızı var. /Olay.az

1 həftədir yoxa çıxan kişini siçanlar YEDİ  FOTO like
  • 13 Fev 04:04  
Digərləri 1 həftədir yoxa çıxan kişini siçanlar YEDİ FOTO

Türkiyədə 1 həftə əvvəl ölən kişinin meyitini siçanlar yeyib.

arrow Ətraflı
"Bunu etsəm, üzr istəməyi bacarıram" like
  • 13 Fev 03:03  
Şou-biznes "Bunu etsəm, üzr istəməyi bacarıram"

Azərbaycana Avroviziya qalibiyyəti qazandıran müğənni Nigar Camal peşman

arrow Ətraflı
Onlayn satılan konservləşdirilmiş qidalar like
  • 13 Fev 02:02  
Digərləri Onlayn satılan konservləşdirilmiş qidalar

Sosial şəbəkələr həm də satış platformasına çevrilib. Bir çox məhsu

arrow Ətraflı
“İlk gündən qısa geyinmədim” like
  • 13 Fev 01:01  
Şou-biznes “İlk gündən qısa geyinmədim”

"Mən səhnəyə milli üslubda gəlmişəm. Muğam, tar-kamanla, sonra bə

arrow Ətraflı
61 ölkədən süni intellektlə bağlı ortaq QƏRAR like
  • 13 Fev 00:52  
Digərləri 61 ölkədən süni intellektlə bağlı ortaq QƏRAR

61 ölkə süni intellektlə bağlı birgə qərar qəbul edib.

arrow Ətraflı
Məşhur cütlük ayrılıb? like
  • 13 Fev 00:43  
Şou-biznes Məşhur cütlük ayrılıb?

2016-cı ildə ailə quran və Alin və Lina adlı əkiz qızları olan Pelin Ak

arrow Ətraflı
Abşerondakı bu məktəbə bit düşüb? like
  • 13 Fev 00:40  
Digərləri Abşerondakı bu məktəbə bit düşüb?

Abşeron rayonunun Qobu qəsəbəsi 3 nömrəli məktəbdə bit yayıldığına

arrow Ətraflı
Maskdan Trampa xəbərdarlıq : "ABŞ iflas edəcək" like
  • 13 Fev 00:33  
Dünya Maskdan Trampa xəbərdarlıq : "ABŞ iflas edəcək"

ABŞ-nin tanınmış milyarderi İlon Mask federal xərclərin azaldılmasını

arrow Ətraflı
Yerli banan neçəyə satılacaq? like
  • 13 Fev 00:25  
Digərləri Yerli banan neçəyə satılacaq?

Azərbaycanda ilk dəfə olaraq yerli bananlar satışa çıxarılır.

arrow Ətraflı
“Günah hər ikimizdə idi” like
  • 13 Fev 00:16  
Şou-biznes “Günah hər ikimizdə idi”

Müğənni Aysun İsmayılova növbəti dəfə vəkil həyat yoldaşı Ramil Və

arrow Ətraflı
Bakıda qəza oldu, sıxlıq yarandı like
  • 13 Fev 00:08  
Digərləri Bakıda qəza oldu, sıxlıq yarandı

Hazırda paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küç

arrow Ətraflı
ABŞ Rusiya vətəndaşını azad etdi like
  • 13 Fev 00:06  
Dünya ABŞ Rusiya vətəndaşını azad etdi

ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətə

arrow Ətraflı
Günün qoroskopu: Gələcək üçün büdcənizi düzgün təşkil edin like
  • 13 Fev 00:01  
Digərləri Günün qoroskopu: Gələcək üçün büdcənizi düzgün təşkil edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Ad gününü qəbirüstündə qeyd etdi like
  • 12 Fev 23:52  
Şou-biznes Ad gününü qəbirüstündə qeyd etdi

"Bu gün mənim ad günümdür. Əslində fevral ayını və doğum günüm

arrow Ətraflı
ABŞ Ukrayna ilə bağlı niyyətini açıqladı like
  • 12 Fev 23:40  
Dünya ABŞ Ukrayna ilə bağlı niyyətini açıqladı

Pentaqonun rəhbəri Pit Heqset Almaniyadakı Afrika Komandanlığının qərarg

arrow Ətraflı