Azərbaycanda azçəkili heyvanları kəsmək qadağan olunur?


Digərləri 11 Fev 2025 22:15:00 62 0

Azərbaycanda azçəkili heyvanları kəsmək qadağan olunur?

Son günlər ətin qiyməti ilə bağlı müzakirələr gedir. Heyvanların sayının azalmasına, ətin bahalaşmasına səbəb kimi aşağı çəkili heyvanların kəsilməsi də göstərilir. Mütəxəssislər bildirir ki, əsasən də xırdabuynuzlu heyvanlar arasında kütləvi şəkildə azçəkili heyvanlara tələb artdığından, həm qiymət qalxır, həm də qıtlıq yaranır.

Bu xəbəri də oxu: Rusiyanın 4 hava limanı

Ekspertlərin sözlərinə görə, əvvəllər xırdabuynuzlu heyvanlar 20-22 kiloqrama çatdıqda kəsilirdi, indi 7-8 kiloluq quzulara tələbat artıb. Bu da qiymətə və heyvan sayına mənfi təsir göstərir.

Ötən gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun bu mövzuda açıqlaması oldu. O da təsdiqlədi ki, bu hallar ət bazarına təsirsiz ötüşmür.

Bəzi ölkələrdə müəyyən ölçüdən kiçik olan heyvanlarla bağlı qadağalar var. Məsələn, balıqların ovlanması istiqamətində qərarlar mövcuddur. Avropa Birliyi ümumi balıqçılıq siyasəti çərçivəsində müxtəlif balıq növləri üçün minimum ovlama ölçüsü tənzimləyir. Yaxud ABŞ-ın fərqli ştatlarında federal qaydalara əsasən bəlli ölçüdən kiçik balıqların ovlanması məhdudlaşdırılır. Oxşar qaydalar Kanada, Norveç, Yeni Zelandiya, Avstraliya kimi ölkələrdə də var. Təbii ki, insanlar da öz növbəsində təbiətə zərər vurduqlarını anlayır və kiçik balıqları ovlamırlar.

Azərbaycan əhalisi daha çox qırmızı ət istehlak edir. Ona görə də ölkəmizdə iri və xırda buynuzlu heyvanların kəsiminə bəzi qadağalar tətbiq edilə bilərmi? Məsələn, belə bir qayda qoyula bilərmi ki, 15 kq-dan aşağı çəkidə olan xırdabuynuzlu heyvanlar kəsilərək satılmasın?

Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Allahverdi Mustafayev deyib ki, bu cür qadağalarla məsələni həll etmək mümkün deyil:

"Ət istehsalının artırılması üçün birinci növbədə prosesə təsir edən əsas fundamental səbəbləri ortaya qoymaq, bu problemləri həll etmək lazımdır. Ümumiyyətlə, Azərbaycanda əsas ət istehsalçıları Ceyrançöldə, Küdrü düzündə yerləşən böyük örüş sahələrində cəmləşmişdi. İndi onların hamısı əkin sahələrinə çevrildi. Mal-qara artıq aradan çıxdı, yəni ət istehsalı öz mənbəyini itirmiş oldu. Xırdabuynuzlu heyvanların kəsilməsinə isə tutaq ki, qadağalar qoyuldu. Axı restoranlar da müştərilərə quzu ətindən kabab təqdim edəcəklər. Yəni fikrimcə, inzibati tədbirlərlə yüz faiz effekt almaq olmaz".

Müsahibimiz bildirib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına az-çox təsir göstərə bilər:

"Amma ət istehsalında lokomotiv qüvvə deyil. Burada əsas problem dediyim kimi, heyvanların saxlanıldığı ucsuz-bucaqsız sahələrin əkin yerlərinə çevrilməsindən ibarətdir. Bu sahələrin hamısını müəyyən şirkətlər alaraq əkin yerlərinə çevirdilər, heyvandarlıq isə sıradan çıxdı. İndi ət yoxdur, xaricdən idxal edirlər. Monqolustandan, Ukraynadan, Braziliyadan və başqa yerlərdən gətirirlər. Əslində xaricdən ət idxal etmək pis deyil, normal keyfiyyətli ət olandan sonra bu, mümkündür. Ucuz ətdir və özümüz məhsulu həmin qiymətə ortaya qoya bilmiriksə, qoy, camaat bunu ala bilsin". Son.az

“O restorandan qovuldum”  Əməkdar artist like
  • 11 Fev 22:07  
Şou-biznes “O restorandan qovuldum” Əməkdar artist

"Atamın həyatı keşməkeşli olub, bir neçə dəfə ölümdən qayıdı

arrow Ətraflı
İlk çərşənbə bu tarixdə like
  • 11 Fev 22:02  
Digərləri İlk çərşənbə bu tarixdə

Novruzun ilk çərşənbəsi fevral ayının sonunda qeyd olunacaq.

arrow Ətraflı
“Torpaqlarımızı dəyişəcəyik”  Zelenski like
  • 11 Fev 21:52  
Dünya “Torpaqlarımızı dəyişəcəyik” Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Rusiya ilə birbaşa ərazi m�

arrow Ətraflı
Goranboyda ağır qəza  ölən var like
  • 11 Fev 21:45  
Digərləri Goranboyda ağır qəza ölən var

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

arrow Ətraflı
Sahibsiz dana Bakıda aləmi birbirinə qatdı like
  • 11 Fev 21:40  
Digərləri Sahibsiz dana Bakıda aləmi birbirinə qatdı

Bakıda sahibsiz dana yolda təhlükəli vəziyyət yaradıb.

arrow Ətraflı
Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı like
  • 11 Fev 21:22  
Kriminal Məşhur aktrisa və ondan narkotik alan azərbaycanlı

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən komedi

arrow Ətraflı
Xalq artisti bu görünüşünə 10 mindən çox pul sayıb  FOTO like
  • 11 Fev 21:06  
Şou-biznes Xalq artisti bu görünüşünə 10 mindən çox pul sayıb FOTO

Xalq artisti Aygün Kazımova müğənni Xatun Əliyevanın bacısı qızının

arrow Ətraflı
“Ona necə inanmağıma özüm də mat qalmışam”  FOTO like
  • 11 Fev 20:57  
Kriminal “Ona necə inanmağıma özüm də mat qalmışam” FOTO

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham ol

arrow Ətraflı
Rusiya ilə barışığın şərtini AÇIQLADI like
  • 11 Fev 20:50  
Dünya Rusiya ilə barışığın şərtini AÇIQLADI

Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan Rusiya ilə diplomatik mün

arrow Ətraflı
"Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ"  VİDEO like
  • 11 Fev 20:42  
Şou-biznes "Sığınacağı olan qadın o yolu SEÇMƏZDİ" VİDEO

Teleaparıcı Rövşanə Ağasəfqızı ARB TV-də yayımlanan "Maqazin Plu

arrow Ətraflı
Makron villasını SATIR like
  • 11 Fev 20:35  
Dünya Makron villasını SATIR

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgə

arrow Ətraflı
Kamil soyunub qarın içinə uzandı  VİDEO like
  • 11 Fev 20:28  
Şou-biznes Kamil soyunub qarın içinə uzandı VİDEO

Tanınmış idmançı Kamil Zeynallının maraqlı görüntüsü sosial şəbək

arrow Ətraflı
32 yaşlı tibb bacısı "donuz qripi"ndən ÖLDÜ like
  • 11 Fev 20:22  
Digərləri 32 yaşlı tibb bacısı "donuz qripi"ndən ÖLDÜ

Türkiyənin Amasya şəhərində tibb bacısı Minecan Tek soyuqdəymə şikay�

arrow Ətraflı
"Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim" like
  • 11 Fev 20:20  
Dünya "Devrilməyimə nə qədər pul qoyulduğunu öyrənəndə heyrətləndim"

Serbiya Prezidenti Aleksandar Vuçiç xarici ölkələrin onu vəzifəsindən uz

arrow Ətraflı
Bakıda "Kia"  AŞDI  FOTO like
  • 11 Fev 20:14  
Digərləri Bakıda "Kia" AŞDI FOTO

Bakıda minik maşını aşıb.

arrow Ətraflı