"Yazıblar ki, kaş daş onun başına düşərdi"
Şou-biznes 07 Fev 2025 09:09:00 68 0
Xəbər verdiyimiz kimi, aparıcı Leyla Mustafayeva yaşadığı evin həyətinə meteorit düşdüyünü açıqlamışdı.
Bu xəbəri də oxu: "Ya bir sifətiniz olsun, ya da mən sizi biabır edəcəyəm!"
Son.az xəbər verir ki, aparıcı sözügedən daşı "Xəzər axşamı" verilişinə gətirib. O, daşın tapıldığı ərazidə 20-30 sm ölçüdə çuxur əmələ gəldiyini bildirib:
"Qəfil olan bir hadisədir. Gecə olub, xəbərimiz də olmayıb. Elə yerdə qalırıq ki, ora səs-küylü ərazidir. Anam həyətdə toyuq saxlayır, göyərti falan əkir. Balaca bir sahədə göyərti əkib, göyərtilər də cücərib. Səhər görüb ki, orada dərinliyi 20-30 sm, diametri isə 15-20 sm ölçüdə olan dairəvi çuxur var və bir dənə də olsun bitki yoxdur. Anam elə başa düşüb ki, atam orada nəsə qazıb. Aralarında söz-söhbət başlayıb ki, göyərtilərimi zay etmisən. Atam da deyir ki, nə daş, nə qazıntı? Anam fərqinə varmamış və həmin ərazinin şəklini çəkməmiş daşı kənara qoyub yenidən oranı düzəltməyə başlayıb. Təəssüfləndik ki, kaş, çuxurun şəklini yerində çəkərdik. Sonra şəklini, videosunu çəkdik. Türkiyədə dostlarımıza göndərdik. Dedilər ki, meteoritdir. Rəsmi olaraq Geologiya və Geofizika İnstitutuna müraciət etmişik. Cavab verildikdən sonra daşdan bir parça götürüb analiz edəcəklər. Bizə dedilər ki, tam araşdırılmamış, analiz olunmamış o daşa toxunmaq olmaz. Hətta bura da icazə vermirdilər gətirək.
Saytlar paylaşanda izləyicilər çox "gözəl" sözlər yazdılar. Ümumiyyətlə bizim insanlar kiminsə sevincinə şərik ola bilmirlər. Birinin başına pis hadisə gələndə guya onların hallarına yanırlar. Amma bəlkə də sevinirlər. Yazıblar ki, kaş daş onun başına düşərdi. Mən kimə nə etmişəm? Biri də yazıb ki, qarğışı ürəkdən etməyiblər, yan keçib. Onu da izləyicilərin diqqətinə çatdırım ki, meteorit təkcə Amerikaya düşmür. Hər yerə düşə bilər". (Axşam.az) Son.az
Qrip və soyuqdəymə zamanı simptomatik müalicə üçün çox vaxt toz halın
Rusiya rusiyalı diplomatın Londondan qovulmasına cavab verəcək.
İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin İrəvanda keçirdiyi mətbu
Türkiyənin komediya aktyoru Hasan Can Kaya Azərbaycanla bağlı maraqlı aç�
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli ş
"Jaws", "Lock, Stock and Two Smoking Barrels" və "The
"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə ba
Amerikalı məşhur aktrisa Ancelina Coli açıqlamaları ilə gündəmə gəlib
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür.
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçiv
Kəlbəcər Azərbaycanın dağlıq və təbii gözəllikləri ilə zəngin böl
2026-cı ilə qədər 135 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq.
Ötən gün İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Ukrayna il�