Sökülən evlər, təhvil verilməyən mənzillər: Sakinlər şirkətə qarşı etirazlarını bildirirlər
Digərləri 07 Fev 2025 00:48:00 84 0
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Qarabağ küçəsi, 33 ünvanında yaşayan sakinlər uzun müddətdir ki, tikinti şirkətinin onlara vəd etdiyi yeni mənzilləri təhvil verməməsindən şikayətlənirlər.
Bu xəbəri də oxu: Gəncədə ər və arvadı maşın vurdu
Son.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, əvvəllər onlara evlərinin sökülməsi və yerinə yeni mənzillərlə təmin olunacaqları bildirilmişdi. Lakin, bu hadisənin üzərindən dörd il keçməsinə baxmayaraq hələ də şirkət sakinləri yeni evlə təmin etməyib.
Sakinlər qeyd edirlər ki, tikinti şirkəti onlara əvvəlcə il yarım ərzində binanın tikiləcəyini bildirmişdi. Lakin artıq dörd ildən çox vaxt keçməsinə baxmayaraq onlar hələ də öz evlərinə qovuşmayıblar. Bununla yanaşı, şirkətə müraciət etdiklərində nə kirayə haqqı verildiyini, nə də yeni mənzillə təmin edildiklərini bildirirlər. Şikayətçilərin dediyinə görə, şirkətə getdikdə isə ofisin qapısı bağlanır, vətəndaşlarla heç bir əlaqə saxlanmır.
Məsələyə aydınlıq gətirmək üçün şirkətin nümayəndələr sualları cavablandırmaqdan imtina ediblər.
Sakinlər şirkətin fəaliyyətinin qeyri-ciddi və irresponsab olduğunu bildirərək artıq uzun müddətdir ki, heç bir irəliləyiş görmədiklərini vurğulayırlar. Onlar, həmçinin, bu məsələnin tezliklə həll olunmasını, onların hüquqlarının qorunmasını və yeni mənzillərlə təmin olunmalarını tələb edirlər. Asya Mili.Az
"İran nüvə silahı əldə etməyə can atmır, çünki İslam dövlətin
Yardımlıda meyiti tapılan yeniyetmə ilə bağlı yeni detallar ortaya çıx�
Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfind
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.
Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəl
"Mən çıxışımda təkcə dünəndən danışmamışam. Yığılan vulka
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda zəlzələnin iki illi
62 yaşlı rusiyalı müğənni Qriqori Lepsin 19 yaşlı sevgilisi Avrora Kiba
Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) "DV Nevada" şirkətinə
Adanada ticarət mərkəzindəki bir zərgərdən 3 kiloqram qızıl və 100 min
Xalq artisti Hacı İsmayılov mərhum Nuriyyə Əhmədovanın dəfn mərasimind
Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində
Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətə