Sahibkar və mühasiblər üçün vacib yenilik
Digərləri 14 Yan 2025 10:43:00 70 0
"Mobil mühasib" MMC "mobilmuhasib" tədbiqi təqdim edib.
Bu xəbəri də oxu: Fevraldan minimum pensiya bu qədər olacaq
Tədbiq vasitəsi ilə vergi ödəyicilərinə onlayn mühasibatlıq xidmətinin göstərilməsi mümkündür. Belə ki, bu proqram sahibkarlara mühasibatlıq sahəsində istənilən xidməti operativ şəkildə göstərmək, müraciətləri və əməliyyatları avtomatlaşdırmaq, mühasib və sahibkar arasındakı canlı kontaktı minimuma endirmək məqsədilə yaradılıb. Proqram vasitəsilə sahibkar günün istənilən saatında ona lazım olan xidmət üçün tədbiq vasitəsilə müraciət ünvanlaya, müraciətinin icra statusunu izləyə, yekun nəticəsi haqda haqda bildiriş əldə edə bilər. Ünvanlanan müraciət "Mobil Mühasib" MMC-nin əməkdaşları tərəfindən operativ şəkildə icra olunacaqdır. Beləliklə, vergi ödəyicisi əlavə vaxt itkisi yaşamayacaq, sənədləşmələrə, hesabatlara sərf etdiyi zamanı biznesini inkişaf etdirmək üçün istifadə edəcək.
Tətbiq Sahibkarlara nə kimin asanlıqlar yaradacaq?
Tətbiqin ən böyük üstünlüyü sahibkarın uçotuna dair bir çox xidmətlər və sənədlərin ona bir klik qədər yaxın olmasıdır. Yəni, ona lazım olan xidmət üçün sorğunu, onu maraqlandıran hər hansı sualı, mühasib onun zəngini açan zaman deyil elə tətbiq üzərindən rahatlıqla istədiyi zaman ünvanlayacaq. Müraciətin icra vəziyyəti və nəticəsi ilə bağlı bildirişlər alacaq. Və uçotunu belə bir peşakər komandaya həvalə etdiyi üçün rahatlıqla Biznesinin inkişafına vaxt ayıra biləcək.
Tətbiq kimlər üçün nəzərdə tutulub?
Əslində tətbiq elə ilk versiyası ilə bütün Vergi ödəyiciləri hətta vergi ödəyicisi olmayan şəxslər üçün istifadə oluna biləcək bir tətbiqdir. Sadəcə ilk versiyada daha çox funksionallıq sadələşdirilmiş vergi ödəcyiciləri nəzərə alınaraq əlavə olunub. Ancaq novbəti versiyalarda artıq digər vergi ödəyicilərinin tələbləri nəzərə alınaraq yeni funksionallıqlar əlavə olunacaq. Ümumiyyətlə tətbiqimiz həm müasir texnologiyaların tələblərini həmdə Sahibkarların ehtiyaclarını nəzərə alaraq daim yenilənib inkişaf edəcək.
Rusiyada Nijnekamsk şəhərinin "Beqişevo" beynəlxalq hava limanı
Yanğın fəlakəti ilə mübarizə aparan ABŞ-ın Kaliforniya ştatının xər
Birləşmiş Ərəb Əmirliyində - Əbu-Dabidə yanvarın 18-dək davam edəcə
Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalm
Ulduzlar bu həftə dörd bürcə maliyyə rifahı vəd edir.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Aktrisa Bedia Ener Öztep dünyasını dəyişib. Son.az haberler-ə istinadl
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Kriminal aləmdə "Amin Mərdəkanski" ləqəbi ilə tanınan Amin Xud
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat
Türkiyədə 15 yaşlı qız Torpaq Müfəttişliyinin tualetində dünyaya gət
Xalq artisti Tünzalə Ağayeva illər əvvəl Əməkdar artist Vasif Məhərrə
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sistemin
İranəsilli Almaniya vətəndaşı Nahid Təqvi İran həbsxanasında dörd il