Erməni generalın həbs səbəbi açıqlandı
Dünya 05 Yan 2025 16:31:00 72 0
Yanvarın 5-də məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib.
Bu xəbəri də oxu: İsrail girovların siyahısını hələ “HƏMAS”dan almayıb
Hakim Masis Melkonyan müstəntiqin vəsatətini təmin edib və general-leytenant haqqında belə qərar çıxarıb.
Son.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xaçatryanın vəkilləri məlumat yayıblar.
T.Xaçatryanın 44 günlük müharibə ilə bağlı ittihamlarla saxlanıldığı bildirilir.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti Xaçatryana qarşı ittihamı şərh edib.
İddiaya görə, 2020-ci il oktyabrın 7-dən oktyabrın 17-dək olan müddətdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini olmuş Tiran Xaçatryan öz xidməti vəzifələrinin icrasına səhlənkar münasibət göstərib. O, Cənub qrupu üçün nəzarət mərkəzi yaratmayıb və döyüş əməliyyatları zamanı nəzarət üçün xarakterik olan bir sıra tədbirləri tam həyata keçirməyib, bu da səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olub.
"Sonuncunun hərəkətləri müdafiənin uğursuzluğuna gətirib çıxarıb, komandanlıq və idarəetmə sisteminə zərbə vurub, qarşıya qoyulmuş döyüş tapşırığının icrası pozulub, nəticədə düşmən yaranmış vəziyyətdən istifadə edərək strateji yüksəklikləri maneəsiz ələ keçirib", - İstintaq Komitəsinin məlumatında bildirilib.
Vəkillər bildiriblər ki, məhkəmə qərarından ən qısa zamanda apellyasiya şikayəti veriləcək.
"Xaçatryana fərqli yanaşma tətbiq olunur, o, fəal siyasi və vətəndaş mövqeyinə görə cəzalandırılır", - vəkillər deyiblər./modern.az
İranın "İveco" şassisi əsasında yük maşınları kimi maskalana
Bakıda yaşayan Şəki sakini İlkin Ağayevin xəbəri olmadan adına üç şi
Rusiyanın hava hücumundan müdafiə sistemləri son sutkada Ukraynaya məxsus
Bəzi yeməkləri, xüsusilə desertləri bişirmək yumurtanın sarısını ağ
Tokioda ilin ilk auksionunda çəkisi 276 kq olan mavi ton balığı 1,3 milyon
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində genişmiqyaslı
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatın
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlərlə nar
Bir çox insanın avtomobillərinə böyük əhəmiyyət verməsinin müxtəlif
Son dövrlər sosial şəbəkələrdə gözyaşardıcı qazların satışına da
05 yanvar 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşa
Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospeklərinin kəsişməsində
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilər hipe
Görkəmli teatr və kino aktyoru, mərhum Xalq artisti Fuad Poladovun adı əb�