Bu ölkə rusun “ov”, “yev”, “oviç”li soyadlarından imtina edir


Dünya 31 Dek 2024 08:59:00 138 0

Bu ölkə rusun “ov”, “yev”, “oviç”li soyadlarından imtina edir

Yeni il ərəfəsində Qırğızıstan parlamenti şəxsiyyət vəsiqələrində milliyyət qrafasının bərpasını və soyad sonluqlarının milli söy-kökə uyğun dəyişdirilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb.

Layihənin müəllifi Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyevdir. Yeni qanun layihəsi barədə məlumat verən spiker bildirib ki, qırğız xalqı nəhayət, öz milli soyad sonluğuna keçməlidir. O, yeni ildən etibarən, öz soyadını Nurlan Turqunbek uulu (oğlu) kimi rəsmiləşdirəcəyini də bəyan edib.

Qırğız Respublikası Joqorku Keneşinin (Qırğıstan Parlamentinin) sədri Nurlanbek Şakiyev tarixi soy-kökə qayıdışın, milli dəyərlərin fəal təbliğatçısı kimi tanınır. Şakiyev siyasi karyerası boyu rus imperializminə qarşı çıxıb, ölkəsində rus dilinin ikinci dil səviyyəsinə qaldırılmasını daim tənqid edib.

Siyasətçi həmçinin qırğız uşaqlarının öz ana dilində təlim-tərbiyə edilməsini vacib sayaraq uşaqlar üçün yayımlanan animasiya filmlərinin rus dilində dublyajının əleyhinə çıxıb.

"Ov", "yev" soyad sonluqları ilə vidalaşmağın zamanı gəldiyini söyləyən spiker parlamentin tribunasından deyib: "Beləliklə, yeni ildən sonra mən Nurlan Turqunbekoviç deyil, Nurlan Turqunbek uulu  olacağam".

Soyad sonluqları ilə bağlı qanun layihəsində ilkin olaraq dörd variant təklif edilib. Belə ki, vətəndaşlara rus soyad sonluğu olmayan, ata və baba adları daxil olmaqla, ənənəvi "uulu" (kişilər üçün) və "kızı" (qadınlar üçün) elementləri əlavə edilməklə soyadlar seçmək imkanı müzakirə olunub. Lakin müzakirələr zamanı deputatlar qərara gəlib ki, bir neçə variantın təklifi insanları çaşbaş duruma sala bilər. Çaşqınlıq yaranmasın deyə, parlament vahid variant üzərində dayanmağa qərar verib.

Beləliklə, 2025-ci ildə Qırğızıstan soyad sonluqları ilə bağlı vahid qanun qəbulunu reallaşdıracaq.

Yeri gəlmişkən, bu qanun layihəsi Nurlanbek Şakiyevin ilk qanunverici təşəbbüsü deyil.

Onun indiyədək parlamentə təqdim etdiyi qanun layihələri arasında 1918-1953-cü illərdə siyasi repressiyaya məruz qalmış insanların reabilitasiyası, dövlət bayrağının və himninə dəyişikliklər edilməsi təşəbbüsləri də var. Şakiyev həmçinin, sovetdənqalma təhsil ənənəsinə qarşı çıxıb. O, tədricən, Avropa təhsil sisteminə keçilməsini və təhsildə yeni innovasiyaların tətbiqini təklif edib. Spiker 12 illik orta məktəb təhsil modelinə keçid təşəbbüsü ilə də dəfələrlə çıxış edib.

Bu arada sosial şəbəkələrin rus seqmentində və Rusiyanın bir sıra media orqanlarında Nurlanbek Şakiyevə qarşı qara piar başladılıb. Onun "ov"-"yev" sonluqlarından imtina edərək milli soyada keçmək təşəbbüsünü Rusiya mediasında "kürəyə saplanmış bıçaq" adlandıranlar da olub./lent.az Son.az

Türkiyədə də zəlzələ oldu like
  • 31 Dek 08:57  
Digərləri Türkiyədə də zəlzələ oldu

Türkiyənin Sivas bölgəsinin Ulaş rayonunda 4,4 bal gücündə zəlzələ ba

arrow Ətraflı
Ali Məhkəmə “TikTok”u 10 milyon dollar cərimələdi like
  • 31 Dek 08:50  
Dünya Ali Məhkəmə “TikTok”u 10 milyon dollar cərimələdi

Venesuela Ali Məhkəməsi "TikTok" sosial şəbəkəsini insanların

arrow Ətraflı
Bu, Cənubi Qafqazda sülhə təkan verəcək  Kobaxidze like
  • 31 Dek 08:33  
Digərləri Bu, Cənubi Qafqazda sülhə təkan verəcək Kobaxidze

Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir, bizim məqsədimiz re

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 31 Dek 08:29  
Digərləri Azərbaycanda zəlzələ oldu

Xəzər dənizində 3.5 bal gücündə zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Hansı heyvan 2025ci ilin simvoluna çevriləcək: bu nə deməkdir və kimə təsir edəcək? like
  • 31 Dek 08:02  
Digərləri Hansı heyvan 2025ci ilin simvoluna çevriləcək: bu nə deməkdir və kimə təsir edəcək?

2025-ci ilin Yeni ili hansı günə düşür? Şərq təqviminə görə hansı h

arrow Ətraflı
Ukrayna 2024cü ildə tərəfdaşlardan şok məbləğdə yardım alıb like
  • 31 Dek 07:33  
Dünya Ukrayna 2024cü ildə tərəfdaşlardan şok məbləğdə yardım alıb

Ukrayna Maliyyə Nazirliyi 2024-cü ildə beynəlxalq tərəfdaşlardan 41,7 mil

arrow Ətraflı
Bu kriptovalyutanı alanlar qazanacaq like
  • 31 Dek 07:01  
Digərləri Bu kriptovalyutanı alanlar qazanacaq

Son vaxtlar Azərbaycanda kriptovalyutalara maraq artıb. Onların sayı və çe

arrow Ətraflı
Niyə suyu iki dəfə qaynatmaq olmaz? like
  • 31 Dek 06:31  
Digərləri Niyə suyu iki dəfə qaynatmaq olmaz?

Mütəxəssislərin fikrincə, suyun dəfələrlə qaynadılması onun tərkibin

arrow Ətraflı
Bu telefon temperaturdan asılı olaraq rəngini DƏYİŞİR VİDEO like
  • 31 Dek 06:06  
Digərləri Bu telefon temperaturdan asılı olaraq rəngini DƏYİŞİR VİDEO

Çinin Realme korporasiyası soyuğa məruz qaldıqda rəngini dəyişmə funksi

arrow Ətraflı
Əməkdar artist elə dəyişdi ki, tanımadılar  VİDEO like
  • 31 Dek 04:04  
Şou-biznes Əməkdar artist elə dəyişdi ki, tanımadılar VİDEO

Əməkdar artist Almaz Ələsgərli yeni tərzi ilə izləyicilərinin marağın

arrow Ətraflı
Yeməkdən dərhal sonra çay içmək like
  • 31 Dek 03:03  
Digərləri Yeməkdən dərhal sonra çay içmək

Anemiya dünyada ən geniş yayılmış patologiyadır və aşağı hemoqlobin b

arrow Ətraflı
Klipində çəkilmək üçün 2 milyon 719 927 AZN istəyir like
  • 31 Dek 02:02  
Şou-biznes Klipində çəkilmək üçün 2 milyon 719 927 AZN istəyir

Rusiya şou-bzinesinin məşhur müğənnisi Filipp Kirkorovun kilipinə çəkil

arrow Ətraflı
Niyə yemədən öncə xurmanın üzərinə qaynar su tökmək lazımdır? like
  • 31 Dek 01:01  
Digərləri Niyə yemədən öncə xurmanın üzərinə qaynar su tökmək lazımdır?

Xurmanın müxtəlif xüsusiyyətlərini bilməyən insanlar büzücü daddan qu

arrow Ətraflı
"O, mənim qoxusuna doymadığım cənnət mələyimdir” like
  • 31 Dek 00:46  
Digərləri "O, mənim qoxusuna doymadığım cənnət mələyimdir”

Dövlət başçısı tərəfindən "milli qəhrəman" adına layiq gö

arrow Ətraflı