Hamının üzündə ikiyə bölünmüş bir təyyarə görürəm...
Digərləri 28 Dek 2024 13:30:00 56 0
Vətən müharibəsindən sonra Azərbaycan xalqı haqqında çox tərifli sözlər eşitmişəm, özüm də öymüşəm... Ancaq onların arasında məni ən çox həyəcanlandıran Vaqif Gərayzadənin dediyi olmuşdu.
Bu xəbəri də oxu: Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
Cıdır düzündə addımlaya-addımlaya xalqımızın qüdrəti haqqında qənaətlərimizi bölüşərkən bəstəkar elə beləcə də not dəftərinə köçürdü:
- Qorxuram, bu xalq imperiya xalqına çevrilə...
Üstündən bir neçə il keçib, hər yadıma düşəndə bədənimi fiziki bir silkələnmə ilə qürur basır o sözdən...
Bütün dostlarımın yanında deyirəm. Mənim cəmi bir arzum var. Artıq "idi" də deyə bilərəm. Çünki onun həyata keçdiyi üç gündür gözlərim önündədir.
İmperiya xalqına çevrilməsə də, mən bu ölkənin insanlarını bir daha heç vaxt məğlub görmək istəmirəm.
İstəməmişəm. Artıq əmin oldum. Bu xalqı heç vaxt məğlub etmək mümkün olmayacaq.
Üç gündür baxışlarını göyə zilləyən bu xalqın dik duruşuna göz yaşlarımı saxlaya bilmirəm. Yadıma şair Əlisəmid Kürün 30 illik işğal bitəndən sonra Qarabağın simvollarından birinə baxıb yazdığı sözlər düşür:
"Dözümünə afərin, Xudafərin!"
Göydə dövrə vurub geri dönən ölkə Prezidentindən AZAL prezidentinə kimi, dövlətimin ən sonuncu adamına qədər kimə baxıramsa, üzündə ikiyə bölünmüş bir təyyarə görürəm...
Bizi təyyarə kimi yox e, xalq kimi də ikiyə bölüblər, ancaq can verməmişik.
Onda Söhrab Tahirin timsalında reaksiyamız belə olmuşdu:
İki bölünməkdən elə qorxmuşam,
Çöpü də ikiyə bölmərəm daha.
Qəzasız-bəlasız bu dünyada heç bir dövlət, heç bir toplum, heç bir coğrafiya yoxdur.
Ancaq qəzaları yarıb keçmək, dik dayanmaq, uçmağa davam etmək, Tanrıya çatmaq, haqqa yetişmək hər kəsə nəsib olmur.
Mən Azərbaycan xalqının əzəməti qarşısında növbəti dəfə və ömürlük baş əyib sözlərimə Səməd Vurğunun bu xalqın ilk qadın pilotu Leyla Məmmədbəyovaya həsr etdiyi "Leyla" şeirindəki misralarla davam edirəm:
Sən göylər yolçusu bir azad quşsan, Aylı gecələrdə görürəm səni. Zöhrə ulduzuna məftun olmuşsan, - Sürürsən üstünə öz təyyarəni!
Bəzən bu səfərdə ağır dumanlar, Gəlib quldur kimi kəsir yolunu, Sənin qüdrətinə inanmayanlar Tutur xəyalında qız olduğunu...
İndi Hökümə, qızım, rahat uyu! Əmin ol, sənin uçuşun heç bitməyəcək, sənin də dediyin kimi "Hər şey yaxşı olacaq..."
Elbrus Ərud Qafqazinfo
Telefonlar televizorları üstələsə də, hələ də televizorlara maraq qalma
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin "Konstit
Ukrayna prezidenti Vladimir Zelenski "Gürcü arzusu" partiyasının q
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində
ABŞ-da evsizlərin sayı indiyə qədər ən yüksək səviyyəyə çatıb.
Şahmat taxtasında fiqurları məharətlə hərəkət etdirən qrossmeyster kim
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən üm
Planşetlər artıq yatmazdan əvvəl və ya səyahət zamanı filmlərə baxmaq
İlk dəfə olaraq məktəblərin 1-ci və 2-ci sinifləri üçün azsaylı xalq
Təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeqanov dəfn olunu
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında baş vermiş
Təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin qəzadan sonra sağ ol
Naxçıvanda "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altınd