“Xəstəliyində yanında olmadığım üçün peşmanam” FOTO


Şou-biznes 23 Dek 2024 17:26:00 71 0

“Xəstəliyində yanında olmadığım üçün peşmanam”  FOTO

"Atamı sonuncu dəfə 2016-cı ildə Amerikaya gedəndə görmüşəm. Sonra anam gəlib mənə baş çəkdi, amma atam gəlmədi. Atam telefonla danışmağı sevən adam da deyil. Orada olduğum müddətdə bir neçə dəfə telefonda danışmışdıq. Əsasən də son bir ildə onun səhhətində problem yarananda çalışırdım ki, daha çox kontaktda olum. Amma elə oldu ki, mən sənəd gözləyirdim. 2022-ci ilin aprel ayında Bakıya gəlməli idim. Apreldə gəlsəydim, atamla görüşə biləcəkdim. Amma sənəddə bir gecikmə oldu. Vəkil sənədlə bağlı müraciət edəndə rəqəmlərdə səhvə yol vermişdi. Deyəsən, bu rəqəm doğum tarixi ilə bağlı idi. Dəqiq xatırlamıram. Belə olan halda problem çıxdı".

Bu xəbəri də oxu: Yılmaz Morgüldən pis xəbər

Son.az xəbər verir ki, bu sözləri keçmiş "HOST" qrupunun üzvü, AİD ləqəbi ilə tanınan reper Orxan Zeynallı qonaq olduğu junalist Pərviz Hüseynin aparıcısı olduğu "Pərvizə görə" verilişində deyib.

Sənətçi atası tanınmış jurnalist Araz Zeynalovla münasibətlərindən eləcə də onun xəstəliyindən söz açıb:

"Atamın səhhətinin pisləşdiyi bir vaxtda deyildi ki, sizin sənədlər hazır olmaq üzrədir. Bir il "bu gün, sabah" fikri ilə keçdi. Elə oldu ki, atam rəhmətə gedən gününün səhəri mənim sənədim gəldi. Tam olaraq sənədim ertəsi gün gəldi. Bu mənim üçün çox qəribədir. Beş gün, bir həftə sonra da o sənəd gələ bilərdi. Anladım ki, gəlməyimin artıq bir anlamı yoxdur. Çünki Amerikadan Bakıya gəlmək xüsusi hazırlıq tələb edir. Ailəmlə də məsləhətləşdim. Atamın ölümünün 40-cı günü gəlməyimin daha məqsədəuyğun olduğunu qərarlaşdırdım. Həm də uzun müddət qala biləcəkdim. Məni daha çox üzən və peşman olduğum atam xəstə ikən yanında olmamağım idi. Amerikada yaşadıqlarım, qazandıqlarım, yaradıcılığıma bu möhtəşəm təsiri doğma olan 3-4 insandan birinin xəstələndiyi dönəmdə yanında olmamağıma dəyərdi mi? Bu fikirlər məni rahat buraxmır. Bir çox mahnılarımda bu mövzuya toxunmuşam. Toxunanda da sonradan o hissləri çıxarıram. Anlayıram ki, bu insanları yora bilər. Amma yazıram, içimdən çıxarıram... Bu mahnıları paylaşmıram. "İllər sonra" səhnədə oxuyanda, məşqin özündə belə görürəm ki, çox təsirlənirəm və mənim üçün çox çətin olur. Düşünürəm ki, bu möhtəşəm mahnıdır,  mənə uğur gətirir amma kaş ki, yazmazdım, yəni bu mahnını yazmağa bir səbəb olmazdı".

Orxan "Əgər bu sənəd tez hazır olsaydı, atanıza gəlib nə demək istəyərdiniz?" sualına belə münasibət bildirib:

"Mən çox danışan insan deyiləm. İstərdim ki, ona çətin vaxtında kömək olum. Hansı ki, ona o köməyi başqa insanlar edirdi. Sadəcə həmin köməyi istərdim ki, mən edim. Xüsusi deyəcəyəm sözlərim yoxdur. Atamla ümumiyyətlə çox danışmamışıq. Azərbaycanda yaşayanda da çox danışmamışıq. Problemimiz yox idi. O da, mən də soyuq idik. Bizdə bu elə əvvəldən belə olub".

"Atanız Araz Zeynalov tanınmış jurnalist idi. Amma biz bu həqiqəti çox gec öyrəndik. Bu məlumat niyə gec üzə çıxdı? Siz yoxsa atanız bu haqda danışmaq istəmirdi?" sualına reperin cavabı belə olub:

"Atam bizim yaşıdlarımızın tanıyacağı insan deyil. O 1990-ci illərin jurnalisti olub. O zamanlar atam sosial, iqtisadi sahələr üzrə önəmli bir qəzetdə redaktor vəzifəsində çalışırdı. Onun 40 yaşı tamam olmamış hansısa bir nüfuza çatmışdı. Onun səhhətində problemlər yarandı, mediada bu haqda yazıldı, insanlar onun haqqında yaxşı şeylər yazırdılar. Çox insanlara dəstək olub. Bəlli təbəqədən nə qədər çox hörmətə sahib olduğunu gördü və ondan sonra dünyasını dəyişdi. Atamın bəlli 90-lar kimi məhəllə psixologiyası var idi. Onun üçün o hörmət faktoru, bütün maşın və qazanclardan çox önəmli idi".

"Atanızın sizin səhnə fəaliyyətinizə fikirləri necə idi?" sualına isə belə cavab verib:

"Bu haqda heç zaman bilə bilməyəcəyik. Çünki atam heç zaman bu haqda mənə heç nə deməyib. Arada o biri otaqdan eşidirdim ki, atam "Mavi qızılgüllər" trekimi çox xoşlayır. Amma şəxsən özümə bununla bağlı heç zaman heç nə deməmişdi. Telefonda son yazışmalarımızda bir səs atmışdı mənə. O məndən bir mahnımı soruşmuşdu. Başa düşmüşdüm ki, o "Məni xatırla" mahnısını deyir. Bu mahnı haqda onun dostu deyib ki, oğlunun bir mahnısı var. O da mənə bunu bildirmədən qürurlanırdı. Mən də artıq başa düşməli idim ki, bu mahnı yaxşı mahnıdır, onu bəyənir. Bu isə çox limitli emosiya bölüşməsi idi".

Canlı yayımda körpü uçdu  Ölənlər və itkin düşənlər var like
  • 23 Dek 16:58  
Dünya Canlı yayımda körpü uçdu Ölənlər və itkin düşənlər var

Braziliyada Tokantins və Maranyan ştatlarını birləşdirən yolda avtomobil

arrow Ətraflı
AZTVnin aparıcısına ağır İTKİ  FOTO like
  • 23 Dek 16:49  
Digərləri AZTVnin aparıcısına ağır İTKİ FOTO

Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinin rəhbəri, AZTV-nin aparı

arrow Ətraflı
Aişvarya Rai uzun zaman sonra görüntüləndi: elə reaksiya verdi ki...  VİDEO like
  • 23 Dek 16:25  
Şou-biznes Aişvarya Rai uzun zaman sonra görüntüləndi: elə reaksiya verdi ki... VİDEO

Dünya şöhrətli hindistanlı aktrisa Aişvarya Rai uzun zaman sonra görünt�

arrow Ətraflı
Əli Əsədov vacib qərar imzaladı like
  • 23 Dek 16:23  
Digərləri Əli Əsədov vacib qərar imzaladı

Azərbaycanda "Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin

arrow Ətraflı
Müəllimlərə şad xəbər: xüsusi kartlarla güzəştlər olacaq like
  • 23 Dek 16:15  
Digərləri Müəllimlərə şad xəbər: xüsusi kartlarla güzəştlər olacaq

Azərbaycanda müəllimlər üçün gələn ildən etibarən bir çox güzəştl

arrow Ətraflı
Dubayda iş qurmaq adı ilə 2,5 milyonunu almışdı  bəraəti ləğv edildi  FOTO like
  • 23 Dek 16:07  
Kriminal Dubayda iş qurmaq adı ilə 2,5 milyonunu almışdı bəraəti ləğv edildi FOTO

Məşhur "Clear" hotelin sahibi kimi tanınan Fəxrəddin Feyziyevin

arrow Ətraflı
İnsan beyni kompüterdən belə yavaş işləyirmiş  Araşdırma like
  • 23 Dek 16:00  
Digərləri İnsan beyni kompüterdən belə yavaş işləyirmiş Araşdırma

Beyinimizin sürəti ilə bağlı yeni araşdırma aparılıb.

arrow Ətraflı
Bıçaqlanan 15 yaşlı məktəblidən xəbər var like
  • 23 Dek 15:54  
Kriminal Bıçaqlanan 15 yaşlı məktəblidən xəbər var

Dekabrın 22-də Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı ye

arrow Ətraflı
Murat Kekilliyə ağır itki  FOTO like
  • 23 Dek 15:40  
Şou-biznes Murat Kekilliyə ağır itki FOTO

Türk rok ifaçısı Murat Kekilliyə ağır itki üz verib.

arrow Ətraflı
Təcili yardım maşını qəzada belə AŞDI  VİDEO like
  • 23 Dek 15:28  
Digərləri Təcili yardım maşını qəzada belə AŞDI VİDEO

Xəbər verdiyimiz kimi, dekabrın 5-i saat 13 radələrində paytaxtın Xəzə

arrow Ətraflı
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! like
  • 23 Dek 15:25  
Digərləri “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

Yeni il tətilini ölkə xaricində keçirmək istəyənlərə "Nar" s

arrow Ətraflı
Aytən Səfərəliyevaya yeni vəzifə verildi like
  • 23 Dek 15:15  
Digərləri Aytən Səfərəliyevaya yeni vəzifə verildi

Jurnalist Aytən Səfərəliyeva Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR

arrow Ətraflı
Yeni il sevinciniz təhlükəyə çevrilməsin!  XƏBƏRDARLIQ like
  • 23 Dek 15:13  
Digərləri Yeni il sevinciniz təhlükəyə çevrilməsin! XƏBƏRDARLIQ

Yeni il sevinciniz təhlükəyə çevrilməsin! Hədiyyələr sevindirsin, aldad

arrow Ətraflı
Uşaq bağçalarına saxta vakansiyalar elanı verən şəxs saxlanıldı like
  • 23 Dek 15:04  
Digərləri Uşaq bağçalarına saxta vakansiyalar elanı verən şəxs saxlanıldı

Bakı şəhəri, Binəqədi rayonunda internetdə uşaq bağçalarına saxta vak

arrow Ətraflı
Azərbaycanda neçə "Tesla" avtomobili var?  QİYMƏTLƏR like
  • 23 Dek 14:59  
Digərləri Azərbaycanda neçə "Tesla" avtomobili var? QİYMƏTLƏR

Amerikalı milyarder İlon Maskın "Tesla" şirkətinin istehsal etdiy

arrow Ətraflı