COP29 konfransı çərçivəsində “Agro Dairy” stendi uğurla təmsil olunub
Digərləri 28 Noy 2024 17:30:00 160 0
COP29 konfransı çərçivəsində PAŞA Holdinq-in "Yaşıl Zona" pavilyonunda "Agro Dairy" stendi Azərbaycanda iqlimə davamlı və yaşıl kənd təsərrüfatı mövzusunda təcrübəsini uğurla təqdim edib. Şirkət 11 gün ərzində iqlim dəyişmələri və onun fəsadlarına qarşı mübarizəyə töhfə verən kənd təsərrüfatı sahəsindəki layihələr, innovativ həllər və texnologiyaları nümayiş etdirərək ziyarətçilərin böyük marağına səbəb olub.
Bu xəbəri də oxu: Kabinetlərdə diş çəkilməsi və implant qadağan olundu?
"Agro Dairy" nümayəndələri şirkətin davamlı kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri, aqrar sahədə müasir texnologiyaların tətbiqi üzrə təcrübəsini və ekoloji yanaşmalarını interaktiv xəritələr və promo videolar vasitəsilə əhatəli şəkildə təqdim ediblər.
"Qida, Kənd Təsərrüfatı və Su Günü" çərçivəsində "Agro Dairy" şirkətinin icraçı direktoru Niyazi Əmirbəyovun moderatorluğu ilə "Dayanıqlı kənd təsərrüfatı" mövzusunda panel müzakirəsi təşkil olunub. Sessiyada Niyazi Əmirbəyov "yaşıl kənd təsərrüfatı" sahəsində şirkət yanaşmasını iştirakçılarla bölüşərək, panelistlərlə birlikdə bioloji müxtəlifliyin qorunması və kənd təsərrüfatının həm iqtisadi, həm də ekoloji cəhətdən dayanıqlılığının təmin edilməsi üçün ən yaxşı təcrübələr ətrafında fikir mübadiləsi aparıb. Eyni gün "Azərbaycan kənd təsərrüfatı ekosistemi" mövzusunda keçirilən digər panel sessiyasında "Agro Dairy"nin Strategiya və Rəqəmsallaşdırma üzrə rəhbəri Maksimilian Hartiq iqlim dəyişikliyinin kənd təsərrüfatı və əlaqəli ekosistemlərə təsirini müzakirə edib. O, iştirakçılara iqlim dəyişikliklərinə qarşı adaptasiya strategiyaları və qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyəti barədə öz təcrübə və təkliflərini bölüşüb.
Dekabrın 12-də Moskvada MDB ölkələrinin Hökumət Başçıları Şurası ke
Türkiyənin Kırıkkalə şəhərində ətraf mühiti çirkləndirənlər təh
Xiaomi SU7 avtomobili ilə bağlı sosial şəbəkədə maraqlı görüntülər
Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lə
Sosial şəbəkələrdə Bakıda marketlərin birində pişiyin ət məhsulları
İndoneziyanın Sumatra adasında torpaq sürüşməsi nəticəsində 27 nəfər
"Kiyevdəki qərar qəbuletmə mərkəzləri Oreşnik tərəfindən məğlu
Bakıda və bölgələrdə fəaliyyət göstərən "Ucuzluq Univermaq"
"Bakı şəhəri ərazisində 300-dən çox park mövcuddur. Son 20 il ərz
Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncə
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması regionda