Bəzi deputatların nəzərinə: Milli Məclis şou məkanı deyil


Digərləri 27 Noy 2024 20:46:00 110 0

Bəzi deputatların nəzərinə: Milli Məclis şou məkanı deyil

Milli Məclisin son iclasında bəzi deputatların ( millət vəkili yox), xüsusilə də Siyavuş Novruzovun şəhid ailələri, veteranların əlillik alması və məşğulluqla bağlı söylədikləri indi müzakirə mövzusudur.

"Burada diskussiya gedir. Parlament diskussiya yeridir. Diskussiya aparmalıyıq və həqiqəti tapıb müəyyən qanun qəbul etməliyik. Ona görə də bu diskussiyaya normal baxmaq lazımdır və normal qeyd etmək lazımdır", - Milli Məclisin plenar iclasında parlamentin regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Parlamentin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında" qanun layihəsinə münasibət bildirərkən S.Novruzov bildirib ki, şəhid ailələri və veteranlara güzəştlərin verilməsi ilə bağlı çoxlu qanunlar, Prezidentin fərmanı, icra hakimiyyətlərinin sərəncamları var: "Başqa sahələri deyə bilmərəm, amma kənd təsərrüfatı ilə bağlı şikayətlər çoxdur. Xəstə mal-heyvanları insanlara verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Onların da bir dəfə almaq şansı var. Kəndliyə iki inək, ona bir illik zəmanət verilir. Heç olmasa, üç aylıq da yeməyini verin. Çünki kəndli onu ehtiyacdan alır. Eyni zamanda, müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər, hansısa kompüter, aparat onu göstərə bilmir. Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz".

Nazir Sahil Babayev isə cavabında qeyd edib ki, elektron şəkildə hər bir şəhid ailəsinə olan imtiyazlar var: "Bununla bağlı bukletlər də çap olunub. Təqdim olunan heyvanlarla bağlı araşdırılmamış məlumatlar verilməsin. Təqdim olunmuş heyvanlarla bağlı AQTA-nın xəstəlik-sağlamlıq arayışları olur. Araşdırmamış heç kim heç nə deməsin".

Siyavuş Novruzovun bəhs etdiyi "mal-heyvan"a gəldikdə isə, ümid edirəm sadəcə, bilgisizlikdən belə danışıb.

Belə ki, gələn idl Özünüməşğulluq Proqramı çərçivəsində dəstək alanların sayı 100 min nəfəri ötəcək. Bu proqram iştirakçılarına öz kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallar, o cümlədən heyvandarlıq sahəsində istifadə edilə biləcək mal-qara təqdim edilir.

Fəqət burada əsas şərt vətəndaşın təqdim edilən davardan razı qalmasıdır. Əgər proqram iştirakçısı ona təklif olunan mal-qaradan narazıdırsa, həmin davarlar yeniləri ilə əvəzlənir. Razılıq əlaməti olaraq vətəndaş təqdim edilən mal və materialları qəbul etdiyini təsdiqləmək üçün xüsusi bir akt imzalayır. Həmçinin, bu proses videoçəkiliş vasitəsilə də sənədləşdirilir ki, iştirakçının razılığı tam şəffaf şəkildə təsdiq olunsun.

Proqram çərçivəsində təqdim edilən heyvanlar və digər aktivlər yalnız Qida Təhlükəsizliyi Agentliyinin yoxlamasından keçmiş, sağlamlıq sertifikatlarına malik olan vasitələrdən ibarətdir. Vətəndaşa təqdim edilən mal-şeyvanla birlikdə bütün lazımi sənədlər, o cümlədən heyvanların sağlam olduğuna dair arayışlar da təqdim edilir.

Əlavə olaraq, vətəndaşın günahı olmadan təqdim edilmiş mal-heyvanın keyfiyyətində bir ay ərzində hər hansı bir problem yaranarsa, onlar 30 gün ərzində yeniləri ilə əvəz edilir.

Proses "məxfi" deyil, proqram çərçivəsində vətəndaşlara verilən mal-heyvanın sayı, vəziyyəti, həmçinin bütün digər məlumatlar ictimaiyyət üçün açıqdır.

Proqram iştirakçılarına verilən mal və materialların sayı, təhvil prosesi ilə bağlı video və fotomateriallar, habelə onların keyfiyyəti barədə məlumatlar "e-sosial" internet portalında var.

Bu qədər bəsit, Siyavuş Novruzov...

İlk baxışdan Siyavuş Novruzov vətəndaşları və cəmiyyəti narahat edən problemlərdən bəhs edir. Onun çıxışının qayəsini də "vətəndaşların qayğılarına çözüm tapmaq istəyi" təşkil etdiyini də göstərməyə çalışıb.

Fəqət, belədirmi?

Milli Məclis xalqın maraqlarını qorumaq, qanunların mükəmməl işləkliyini təmin etmək və dövlətin gələcək inkişafına xidmət etmək məqsədi daşıyır. Ancaq bəzi deputatlar bu ali missiyanı şəxsi mənafeləri üçün istifadə edərək, parlamenti siyasi arenadan çox, populist şou meydanına çevirməyə çalışırlar. Belə şəxslərin sırasında Siyavuş Novruzov xüsusilə seçilir - nəinki fəaliyyəti ilə, hətta fəaliyyətsizliyi ilə də.

Siyavuş Novruzovun Milli Məclisdəki çıxışları, əslində, teatr səhnəsini xatırladır. O, hər dəfə emosional, pafoslu ritorikalarla guya "xalqın dərdini bölüşdüyünü" göstərməyə çalışır. Əslində isə bu nitqlərdən yalnız bir məqsəd sezilir - diqqət çəkmək və sosial şəbəkələrdə "xalqın müdafiəçisi" kimi təsir bağışlamaq. Amma sual yaranır: bu çıxışlar nəticəsində hansı real addımlar atılıb? Hansı problemlər həll olunub? Siyavuş Novruzovun müəllif olduğu bircə qanun layihəsi belə varmı?

Siyavuş Novruzovun fəaliyyəti illərdir danışıqdan və parlament iclaslarında göstərilən emosional "spiç"lərdən ibarətdir. Həqiqətdə isə, o və onun kimilər Milli Məclisin səlahiyyətlərini populizm bataqlığına sürükləyərək parlamentin nüfuzunu zədələyir.

Siyavuh Novruza xatırladım ki, deputatın əsas vəzifəsi qanunvericilik təşəbbüsləri ilə çıxış etmək, problemlərin həllinə yönəlmiş mexanizmlər təklif etmək və dövlətlə cəmiyyətin inkişafını təmin etməkdir. Siyavuş Novruzovun Milli Məclisdəki fəaliyyəti bu məcraya uyğundurmu?

Onun son çıxışı konkret həll yolları təqdim etməkdən çox, mövcud vəziyyəti tənqid etməyə yönəlib.

Siyavuş Novruzov və onun kimilər sosial problemlərdən danışarkən, əslində, həmin problemlərin həlli ilə məşğul olan deputatların zəhmətini kölgə altına salır. Əgər Novruzov həqiqətən bu qədər sosial problemlərə can yandırırsa, o zaman sual yaranır: niyə bu problemlərin həlli üçün konkret qanun layihələri hazırlamır? Parlamentdəki tribunanı xalq üçün işlək qanunların qəbuluna deyil, populist çıxışlara çevirmək nəyə xidmət edir?

Siyavuş Novruzov və bəzi digər deputatlar sosial şəbəkələrdə xalq arasında özlərini "sadə vətəndaşların səsi" kimi təqdim etməyə çalışırlar. Onlar "xalq üçün narahat olan qəhrəmanlar" imici yaratmağa çalışır. Ancaq bu, yalnız görüntüdən ibarətdir.

Reallıq isə tam fərqlidir və bunu anlamaq üçün Biruni olmağa hacət yox.

Milli Məclisin nüfuzunu gücləndirmək əvəzinə, Siyavuş Novruzov kimi deputatlar populizmləri ilə bu institutu zəiflədirlər. Onların fəaliyyətindən yaranan görüntü odur ki, parlament yalnız tənqid meydanıdır, real işlər isə kənarda qalır. Bu, xalq arasında deputatlığa olan etimadı sarsıdır və parlamenti qeyri-ciddi bir platforma kimi göstərir. Halbuki Milli Məclis ölkənin ən vacib idarəetmə strukturlarından biridir və burada yalnız çıxış deyil, nəticə gözlənilir.

İnsanlar real nəticələr tələb edir. Deputatın fəaliyyəti yalnız boş sözlər və şoularla deyil, konkret qanun layihələri və problemlərin həlli ilə qiymətləndirilməlidir.

Səd heyf ki, bəzi deputatların bu sahədə fəaliyyəti, demək olar ki, sıfır səviyyəsindədir.

Azərbaycan xalqı artıq populist çıxışlardan, boş vədlərdən və sosial şəbəkələrdəki "şou"lardan yorulub. Xalqa real problemlərin həllini və bu problemlərin həlli üçün konkret mexanizmlər təklif edən deputatların fəaliyyəti gərəkdir.

Siyavuş Novruzov və digər populist deputatlar anlamalıdır artıq: ya real fəaliyyətə keçməli, ya da "qayğıkeş" obrazının işlək olmadığını dərk etməlidirlər.

Populizm və boş danışıq dövrü bitib. Xalq əməldə nəticələr tələb edir.

Əks halda, tarix Siyavuş Novruzov və onun kimiləri yalnız boş populizmin və nəticəsizliyin simvolu kimi xatırlayacaq.

Milli Məclis xalqın güzgüsü olmalı, populistlərin səhnəsinə çevrilməməlidir.

Ən azı ona görə ki, qanunverici fəaliyyət "Molotov kokteyli" və ya "vedrə ilə su daşımaq" deyil.

Elçin Alıoğlu

"Ay laçın" mahnısı məşhur Türk serialında like
  • 27 Noy 20:43  
Şou-biznes "Ay laçın" mahnısı məşhur Türk serialında

Zamiq Hüseynovun "Ay Laçın" ifası "Çırak" serialında

arrow Ətraflı
Əhalinin nəzərinə  29 noyabr... like
  • 27 Noy 20:37  
Digərləri Əhalinin nəzərinə 29 noyabr...

Yer 29 noyabr gecəsi güclü maqnit fırtınası ilə üzləşəcək.

arrow Ətraflı
MNnin keçmiş zabitinin məhkəməsi davam edir like
  • 27 Noy 20:31  
Digərləri MNnin keçmiş zabitinin məhkəməsi davam edir

"AtaBank"dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan

arrow Ətraflı
Buna görə mütləq balqabaq yeyin like
  • 27 Noy 20:26  
Digərləri Buna görə mütləq balqabaq yeyin

Balqabaq həm ləzzətli, həm də sağlamlıq üçün faydalı bir qidadır. O,

arrow Ətraflı
Veteranların müavinətləri artırıla bilər? like
  • 27 Noy 20:17  
Digərləri Veteranların müavinətləri artırıla bilər?

"2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət

arrow Ətraflı
Elman Paşayev dələduzluqda təqsirini etiraf etmədi like
  • 27 Noy 20:14  
Digərləri Elman Paşayev dələduzluqda təqsirini etiraf etmədi

Keçmiş vəkil Elman Paşayev xüsusilə külli miqdarda dələduzluqda təqsir

arrow Ətraflı
"Toyota" ən qədim modelini yenidən istehsal edir like
  • 27 Noy 20:10  
Digərləri "Toyota" ən qədim modelini yenidən istehsal edir

 "Toyota" məşhur "Celica" modelini yenidən istehsal etm�

arrow Ətraflı
"HƏMASı məhv etməkdə qərarlıyıq" like
  • 27 Noy 20:01  
Dünya "HƏMASı məhv etməkdə qərarlıyıq"

Xəbər verdiyimiz kimi, İsrail Nazirlər Kabineti Livanla atəşkəs razılaş

arrow Ətraflı
Kilsədə etdikləri hərəkət qalmaqala səbəb oldu "İbadət yerinə böyük hörmətsizlik"  FOTO like
  • 27 Noy 19:51  
Digərləri Kilsədə etdikləri hərəkət qalmaqala səbəb oldu "İbadət yerinə böyük hörmətsizlik" FOTO

Türkiyənin Mardin şəhərində kilsədə bir qrup tərəfindən təşkil ed

arrow Ətraflı
1500 məktəb bağlanacaq? like
  • 27 Noy 19:40  
Digərləri 1500 məktəb bağlanacaq?

1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks

arrow Ətraflı
Süni intellekt “Prius”a polisdən “qaçmağa” kömək etdi like
  • 27 Noy 19:28  
Dünya Süni intellekt “Prius”a polisdən “qaçmağa” kömək etdi

"Prius"un polisdən qaçış videosu son günlər sosial şəbəkələ

arrow Ətraflı
Sosial mediada yeni dövr: Gözəllik filtrləri qadağan edilir like
  • 27 Noy 19:24  
Digərləri Sosial mediada yeni dövr: Gözəllik filtrləri qadağan edilir

TikTok gənclərin psixi sağlamlığını qorumaq üçün mühüm addım atıb.

arrow Ətraflı
37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib like
  • 27 Noy 19:20  
Digərləri 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşa

arrow Ətraflı
"Gözlərimi açanda gördüm ki, Doğuş əllərini açıb dua edir" like
  • 27 Noy 19:16  
Şou-biznes "Gözlərimi açanda gördüm ki, Doğuş əllərini açıb dua edir"

ARB TV-nin "Səni Axtarıram" verilişində aparıcı Xoşqədəm H

arrow Ətraflı
"Jaguar" 3 min avtomobilini like
  • 27 Noy 19:06  
Digərləri "Jaguar" 3 min avtomobilini

Əfsanəvi Britaniya avtomobil istehsalçısı "Jaguar"  yanğın ri

arrow Ətraflı