"İnstaqram hesabınızı 1 saatlıq mənə verin"
Şou-biznes 27 Noy 2024 00:12:00 136 0
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova instaqram istifadəçilərinə müraciət edib.
Bu xəbəri də oxu: Atası Çimnazın ölümündən danışdı
Son.az axşam.az-a istinadən bildirir ki, iki dəfə instaqram səhifəsi bağlanan jurnalist geniş istifadəçi kütləsi olan şəxslərin hesabları ilə canlı yayıma çıxmaq istədiyini bildirib:
"Azərbaycandakı geniş izləyici kütləsi olan instaqram istifadəçilərinə səslənirəm. Vicdanlı insanlardan xahiş edirəm ki, biriniz instaqram hesabınızı 1 saatlıq mənə etibar edin. Mən sizin instaqram hesabınız vasitəsi ilə canlı yayıma çıxmaq istəyirəm. Sizdən xahiş edirəm. Bu yolda bir məqsədim var. Azərbaycan vətəndaşını diplomsuz, saxta həkimlərdən qorumaqdır. Qanuna kor olan, qanunsuzluqlardan qorumaqdır. Çox xahiş edirəm, əgər özünüzdə inam, güc tapırsınızsa, 1 saatlıq instaqram hesabınızı mənə həvalə edin. Bilirsiniz ki, mənim instaqram hesabım dondurulub. Ümid edirəm ki, bu gün və ya sabah geri alaram. Amma mənim səsimi kəsmək istəyənlər var. Xahiş edirəm, yalnız bir məqsədimiz var. Əhalimizin humanitar məsələlərini qorumaq. Ümid edirəm ki, səsimə güc verən, güclü blogerlər, insanlar var".
Qeyd edək ki, bir neçə gündür Azərbaycanda bir çox həkimin saxta diplomla fəaliyyət göstərdiyini iddia edən jurnalist paylaşımları ilə gündəmdədir. İnstaqram səhifəsi şikayət olunan Qənirənin hesabı iki dəfə bağlanıb. Ataşova bir müddət əvvəl paylaşımlarına görə təhdid edildiyini də açıqlamışdı. Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bakı Dövlət Universitetinin (BDU) Politologiya və sosiologiya kafedrasının
İsrailin baş naziri Benyamin Netanyahu televiziyadan müraciəti zamanı Livan
Vaşinqtonun bu məsələyə münasibəti dəyişdiyi üçün Türkiyə tərəfi
Dünya şöhrətli müğənni Alla Puqaçova illər öncə kişi adı altında m
Türkiyənin "Haber 7" portalı dünyanın ən ucaboy liderləri ilə
Azərbaycana bir neçə ölkədən ətin idxalına məhdudiyyət qoyulub.
Ermənistan şirkətləri Rusiyaya Qərbin qızıla qarşı sanksiyalarından ya
"20 Yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri uzu
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı mübarizə çərçivəsində mə
Dövlət Sosial Müdafiə Fondunun 6,5 milyon manat vəsaitini mənimsəməkdə
Diplomsuz işləyən estetik cərrahlarla bağlı problem Milli Məclisdə günd
Bölgələrdə ağartı məhsullarının qiymətində bahalaşma müşahidə edi
Ülvira Qarayevanın verlişinin növbəti qonağı model Səmra Hüseynova olub
Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.