Ayan ilk dəfə sevgilisindən danışdı
Şou-biznes 25 Noy 2024 22:43:00 106 0
Müğənni Ayan Babakişiyeva şəxsi həyatı ilə bağlı danışıb.
Bu xəbəri də oxu: "Təyyarədə dostumun oğlu da olub" VİDEO
Son.az yazır ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan "Pərvizə görə" layihəsində açıqlama verib. O bildirib ki, həyatındakı şəxs ona güvən verir:
"Sənətlə məşğul olanda, hansısa layihə təqdim etməyə hazırlaşanda çalışıram ki, şəxsi həyatımda problem olmasın. Elə insanam ki, şəxsi həyatım hər gün dəyişmir, rutindir, stabildir. Məni tanıyan insanlar bilirlər ki, illərdir belədir və çox xoşbəxtəm. Amma olur, məsələn efirdən öncə əsəbiləşmişdim, ona görə, yarım saat gecikdim. Sakitləşdim, sonra evdən çıxdım. Əsəbi halda gəlsəydim də... Mənim bir xasiyyətim var, çalışıram ki, həyatımda nə baş verirsə, dostlarıma bildirməyim. Bilirəm ki, həyatımda olan insan da mənim kimi dəlidir, bir saat sonra barışacağıq, mənim neqativim səndə qalacaq. Sevgisi və güvəni ilə həyatımı dəyişib. Həddən artıq etibarlı insandır. Qadağalarla aram pisdir.
Amma qadağalar qoyur. Arada deyirəm ki, bu boş bir şeydir. Bir var ki, edəm, sən onu qadağa qoyasan. Bir də var ki, ortada heç nə yoxdur. Sənin bunu deməyin qıcıq yaradır. Bir söz var idi, deyir, artıq subay deyiləm, sənin 6-5 aydır məndən xəbərin yoxdur (gülür). Məni kim almaz ki? Çox hörmətli bir insan... Zamanı gələndə bunu da bilərsiniz. Düşünürəm ki, o, həyatdakı şansımdır. Davamlıdır, zamanı gələndə hər şeyi tam rahatlıqla danışa biləcəyəm. Zamanına az qalıb. Hər şey gözəldir, çox xoşbəxtəm. Allah məni peşman etməsin. Hər saniyənin öz hökmü var. Bilmirik ki, bir saat sonra nə olacaq. Danışmağa da qorxuram. Göz-nəzərdən yox. Sadəcə elə çətin həyatda yaşayırıq ki, olur, bir sözü problem edirik. Ona görə heç nədən küsüb-barışırıq. Ola bilər ki, birdəfəlik küsək. Hər şey ola bilər, heç kim heç nədən sığortalanmayıb. Əsas odur ki, sevib-sevilirəm, amma arada yoruluram. Sevgi olmadığı zamanlarda belə öz həyatım maraqlı olub. Zamanında çox sənətlə məşğul oldum, populyarlığın pikini də gördüm. Amma indi öz stulum var. Qalxıb gedəndə, heç kim əyləşə bilmir". Son.az
Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika
Malatyanın Doğanşehir rayonunda zəlzələ baş verib. Son.az xəbər veri
Türkiyəli müğənni Demet Akalın həddən artıq arıqlaması ilə diqqət �
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Müğənni Ayan Babakişiyeva aparıcı Afaq Gəncəli ilə münasibətindən da
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndindən keçən əraz
İlon Maskın hökumətdə yer alacağı açıqlandıqdan sonra sosial medianın
Canlı yayımda muğam müsabiqəsinin qalibi Nişanə Baxışova və Elit star
İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəm
Con Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, qalxanabənzər v�
Xanəndə Kamilə Nəbiyeva sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Artıq Avropa ölkələrində də bizdəki kimi havalar soyuyub, bəzi ölkələ
"İndiki gənclər gəlib nə məndən, nə başqa karifey sənətkardan n�