III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq
Dünya 22 Noy 2024 11:11:00 106 0
Üç ildir davam edən Rus-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub. Ukraynanın ABŞ və Böyük Britaniyaya məxsus raketlərlə Rusiyanı vurması ilə bölgədə gərginlik daha da artıb. Rusiya isə bu hücumlara qitələrarası ballistik raketlər ataraq cavab verib. Hadisələrin gedişi hər ötən dəqiqə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.
Bu xəbəri də oxu: “Soçi” və “Minvod”dan bu ölkəyə uçuşlar ləğv olundu
Son.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında NATO və ABŞ-nin son on ildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan hərbi infrastruktur layihələri həyata keçirdiyini qeyd edib.
Zaxarova bildirib ki, belə bir şəraitdə Rusiya əks tədbirlər görüb və bu tədbirlər çərçivəsində Polşada yerləşən NATO-nun raketdən müdafiə bazası potensial hədəf olaraq müəyyən edilib. O, bu hərbi bazanın "gərəkli olduğu təqdirdə müasir silahlarla zərərsizləşdirilə biləcəyini" vurğulayıb.
Eyni zamanda, Zaxarova Polşa bazasının qurulmasını NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmağa yönəlmiş "təxribat xarakterli və sabitliyi pozan addım" kimi dəyərləndirib. O, bu addımın strateji sabitliyə zərbə vurduğunu və nüvə risklərini artırdığını bildirib.
Bölgədəki bu artan gərginlik beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmaqla yanaşı, münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları da artırır. (haberler)
İslam Son.az
Sumqayıt Apellyasiya Məhkəməsində Xaçmaz rayonu Yalama kəndində 2 nəfə
Gələn ildən pensiyaların 400 manatdan yüksək olacağı proqnozlaşdırıl�
Müasir avtomobil sahibləri maşınlarının idarə edilməsi və təhlükəsiz
Yasamal Rayon Məhkəməsində "Optimal Elektronika" MMC-yə yazılan
Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində işıq olmayacaq.
Ermənistanda Təbriz sakini Azərbaycan türkü olduğuna görə döyülüb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi n
"Bu tapıntılar göstərir ki, əlifbanın mənşəyi daha qədim və bəlkə d
"Bitkoin" kriptovalyutasının qiyməti bütün zamanların ən yüks�
Azərbaycanın elmi və texnoloji potensialı güclənir, yaşıl keçid çərç
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
"Üç bürc ilin sonuna qədər ulduzların xüsusi mühafizəsi altında o
"Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron ya