Dövlət işçilərinə bəd XƏBƏR: Ləğv olunur
Digərləri 21 Noy 2024 10:43:00 115 0
Dövlət sektorunda həyatın yığım sığortası üzrə vergi və sığorta güzəştləri 1 yanvardan ləğv olunur.
Bu xəbəri də oxu: Hansı kefir daha faydalıdır?
Son.az xəbər verir ki, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.
Bu, "Sosial sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Beləliklə dövlət sektoruna münasibətdə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin 2025-ci il 1 yanvar tarixindən sonra bağlanılmış müqavilələrə münasibətdə məhdudlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, layihədə davam edən həyatın yığım sığortası üzrə sığorta müqavilələrinə münasibətdə keçid dövrü üzrə qeyd edilən müddəanın tətbiq edilməməsi nəzərdə tutulur. Belə ki, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.
"WhatsApp"ın yeni funksiyası ilə göndərilməmiş mesajlar artıq
Paytaxt Bakının bir çox yaşayış yerlərində yəqin ki, ECOSU aparatların
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublika
"Ferrari" komandasının "Formula 1" pilotları Şarl Lekler
Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Toy xidmətlərinin xərcləri çoxsaylı amillərdən asılı olaraq dəyişir
Aparıcı Vüsalə Əlizadə estetik əməliyyat barədə danışıb.
Astroloqlar ayın sonuna qədər kimin şanslı olacağını açıqlayıblar.
Bu gün biz olduqca təlatümlü və bir çox risklərlə dolu bir dünyada yaş
Rusiyada insanların gözü qarşısında qızı saçlarından sürüyən, ona v
Yeni Zelandiya hökuməti Livanın "Hizbullah" radikal hərəkatına t