Təmiz enerjiyə bərabər çıxış və sanksiyaların ləğvi iqlim tərəqqisi üçün vacibdir
Dünya 13 Noy 2024 13:28:00 117 0
Qlobal iqlim problemlərini həll etmək üçün bütün ölkələrin texnologiya, bilik, nüvə enerjisi və investisiyalara bərabər çıxışı olmalıdır.
Bu xəbəri də oxu: Qonşumuzun paytaxtı dünyada ən çirkli şəhər elan olundu
Son.az xəbər verir ki, bu barədə Bakıda keçirilən COP29 çərçivəsində çıxışı zamanı İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari deyib.
O, konfransı təşkil etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib və "ümumi, lakin fərqli məsuliyyətlər" prinsipləri əsasında iqlim dəyişikliyi ilə bağlı "inklüziv fəaliyyət üçün fürsət" adlandırıb.
Vitse-prezident öz çıxışında iqlim dəyişikliyinin həllində milli suverenliyin və prioritetlərin vacibliyini vurğulayıb və qlobal enerji keçidinə nail olmaq üçün texnologiya, investisiya və nüvə enerjisinə bərabər çıxışa çağırıb.
O, öz çıxışında birtərəfli sanksiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirinə toxunub. O, "qeyri-qanuni birtərəfli sanksiyaların" üzv dövlətlərin kritik resurslara və texnologiyalara çıxış imkanlarına xələl gətirdiyini bildirərək, xəbərdarlıq edib ki, "bu sanksiyalar tam aradan qaldırılmayana qədər Konvensiyanın ətraf mühitlə bağlı məqsədlərinə əməl olunmasını gözləmək məntiqsizdir". O, bütün COP29 iştirakçılarını "bu siyasəti pisləməyə" və bu cür məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Ko
Kıvanç Tatlıtuğ hələ çox balaca olan oğlunun təhsili üçün Londona k�
Aşıq Zülfiyyə İbadova görüntüsü ilə diqqət çəkib.
Bakıda keçirilən COP29-un nəticələrinin bütün dünya üçün məhsuldar
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbək
Xəbər verdiyimiz kimi, noyabrın 9-da Gəncədə ölümlə nəticələnən yo
"Xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbər
COP29 tədbirində iştirakla bağlı Ermənistana dəvət göndərilib və indi
Məşhur müğənni Madonna qısa müddətli münasibətdən sonra Akeem Morrisd
18 yaşlı balerina Eylül Sıla İlgaz otağında ölü tapılıb.
Aparıcı Xoşqədəm Hidayətqızı açıqlaması ilə diqqət çəkib.
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�