COP29da alınacaq qərarların real addımlara çevrilməsinə ümid edirik
Digərləri 12 Noy 2024 14:58:00 88 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: "Şəfəq" günəş elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib
Budəfəki müsahibimiz Türkiyə Ədalət və İnkişaf Partiyası (Ak Parti) sədr müavini, ətraf mühit və şəhərsalma sədri Çiğdem Karaaslandır.
O, Trend-ə açıqlamasında bildirib ki, hazırda dünyanın gözü Bakıdadır.
"COP29-da alınacaq qərarların real addımlara çevrilməsinə ümid edirik. Biz də burada özümüzü evimizdə hiss edirik. Ümid edirik ki, Azərbaycan və Türkiyənin hər zaman göstərdiyi iradə ilə, digər ölkələrin də iştirakı ilə COP29-da alınan qərarlar real addımlara çevriləcək.
Nəsillərarası ədalət çox önəmlidir. Biz iqlimi gələcək nəsillərə təmiz şəkildə ötürməliyik. COP29 kimi böyük konfranslardan real addımlar atılmasını gözləyirik. Hər bir ölkə məsuliyyətini dərk edib, iqlim böhranı ilə bağlı tədbirlər görməlidir", - deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid
Beynəlxalq Kosmik Stansiyaya (BKS) cəmi səkkizgünlük səfərə yollansalar
Türkiyənin pop ulduzu Hadisənin gündəm olan geyimi "TikTok"un Az�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FIFA-n�
Ulduzlar sizə üstünlük verir, xoş sürprizlər, ünsiyyətdə uğurlar və
Qida dəyəri yüksək olan anakardiyanın zehni inkişafdan əzələ inkişafı
Müğənni Əli Mirəliyev nəvəsinə toy çaldıracaq.
Son.az Trend-ə istinadən bildirir ki, COP29 çərçivəsində Cəbrayılda 2
Menopauza gec çatan qadınlarda astma xəstəliyi riski yüksəkdir.
COP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq&q
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Cananla bağlı aç
Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29