Çinə axan pul hansı ölkəyə gedəcək? Trampa “dostum” dedi
Dünya 08 Noy 2024 22:44:00 148 0
Donald Trampın ABŞ-nin prezidenti seçilməsi müxtəlif ölkələrdə eyni sualın aktuallığını artırıb: "Ağ Evin yeni sahibinin xarici siyasəti necə olacaq, o hansı ölkə ilə əməkdaşlığa üstünlük verəcək?" Tramp hələ ki, təbrikləri qəbul etməkdədir. Onun andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək. Tramp bu tarixə qədər komandasını formalaşdırmağa çalışacaq.
Bu xəbəri də oxu: Qəzada ölən Çeçenistan vətəndaşlarının meyitləri ailələrinə verildi
Son.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Donald Trampın dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə kimləri təyin edəcəyi də müzakirə predmetidir:
"Çünki məhz dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirəcəklər. Trampın bu iki vəzifəyə Respublikaçılar Partiyasının Konqresdəki üzvlərindən təyin edəcəyi ehtimal olunur.
Donald Trampı ABŞ-ın mübarizə apardığı iki əsas dövlətin - Rusiya və Çinin liderləri də təbrik edib. Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını ya azaldacaq, ya da tamamilə dayandıracaq. Çin lideri Si Szinpin isə ümid edir ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Çinə qarşı sərt iqtisadi siyasətdən imtina edəcək.
Hindistanın Baş naziri Narendra Modi təbrik məktubunda Trampı "dostum" adlandıraraq Ağ Evin yeni sahibinin Hindistan-ABŞ əlaqələrini daha böyük zirvələrə yüksəldəcəyinə əminliyini vurğulayıb. Maraqlıdır ki, ABŞ-dakı hind icması Demokratlar Partiyasına və prezidentliyə namizəd Kamala Harrisə üstünlük versə də, hindlilər arasında respublikaçı Donald Trampa səs verənlər də az olmayıb. Gözlənildiyinin əksinə olaraq, ABŞ-dakı qaradərililərin və ispandillilərin əhəmiyyətli qismi də Trampa səs verib. Siyasi ekspertlər bunu onunla əlaqələndirirlər ki, ABŞ-dakı azlıqlar Trampın miqrant axınını dayandırmaq siyasətini dəstəkləyirlər.
Donald Tramp Çinlə müqayisədə Hindistanla tərəfdaşlığın gücləndirilməsinə üstünlük verəcək. O, 2020-ci ildə Hindistana səfəri zamanı Modi ilə müxtəlif sazişlər imzalamışdı. Əslində Cozef Bayden Trampın prezidentlik dövründə Asiya siyasətini davam etdirib. Bayden administrasiyası keçmişdə Tramp amdinistrasiyası kimi Çinə qarşı iqtisadi sanksiyaları sərtləşdirərkən, Hindistanla tərəfdaşlığı gücləndirib. Böyük ehtimalla estafeti Baydendən alacaq Tramp bu siyasətə sadiq qalacaq. Vaşinqton illərdir Çinə yönələn xarici kapitalın Hindistana istiqamətlənməsində maraqlıdır".
Ukrayna hökuməti müdafiə nazirinin müavini Aleksandr Sergeyi tutduğu vəzi
Əməkdar artist Rafael İsgəndərov "Günə bax" verilişində qonaq
Şəkidə məktəb direktoru rabitə dirəyindən yıxılaraq xəsarət alıb.
Son.az 11-17 noyabr həftəsi üçün bürclər üçün proqnozu təqdim edir:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçinin təxminən 5 milyard insan�
İsrailin İrana oktyabrın 26-da baş tutmuş hücumundan sonra bu ölkədə Az
İsrailin Baş naziri Benyamin Netanyahu təhsil nazirinin keçmiş müavini Yeh
Aparıcı Zümrüd Bədəlova öz verilişində ona edilən sürprizə əsəbil�
Azərbaycanda artıq bir neçə ildir ki, Naxçıvan, Hacıqabul, Neftçala və
Türkiyəli müğənni Seda Sayanın anası reanimasiyaya yerləşdirilib.
Noyabrın 11-dən 22-dək davam edəcək COP29-un Yaşıl Zonasında Heydər Əl
Qəzzada son 13 ayda ölənlərin sayı 43 min 508 nəfərə çatıb.
1980-ci illərin sonunda Tramp Ceksonla Atlantik Sitidə “Tac Mahal” kazinos
Noyabrın 8-də Bakıda, Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti
Mətanət İsgəndərli klipini çəksə də, montajını yekunlaşdıra bilməy