Otellərdə yoxlamalar aparıldı
Digərləri 01 Noy 2024 19:52:00 126 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Bu xəbəri də oxu: Türkiyədə qəribə təbiət hadisəsi
AQTA-dan Son.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində bu gün Agentlik tərəfindən paytaxtda yerləşən ootellərdən birində qidalanmanın təşkilinə nəzarət məqsədilə monitorinq keçirilib. Otelin qida blokunun qida təhlükəsizliyi tələblərinə uyğunluğu qiymətləndirilib.
Ümumilikdə Agentlik tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 otelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Onlardan 68-də qidalanmanın mövcud olmadığı məlum olub, 245-də isə qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 otelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. 2 otelin isə hazırda fəaliyyət göstərmədiyi məlum olub. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir.
Bundan başqa, Agentlik tərəfindən ölkəmizin digər regionlarında yerləşən 159 otelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.
Xəbər verdiyimiz kimi, "Komedixana"nın aktrisası Gülzar Səfəro
Deyirlər ki, kişi anasını nə qədər çox sevib ona hörmət etsə, xanım�
Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilə
Bu gün günorta saatlarında Xaçmaz şəhər sakini 57 yaşlı İlham Piristan
Donald Tramp seçkiyə 4 gün qalmış amerikalı jurnalistə müsahibə verib.
"X" sosial media platformasında Azərbaycan Respublikasında keçiril
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sosial media hes
İranın ali lideri Ali Xamneyi ölkənin Milli Təhlükəsizlik Şurasına İs
Türkiyədə "İstiklal" marşı oxunarkən ayağa qalxmayan iki nəf�
Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial h
COP 29 tədbirinin keçiriləcəyi ilk dörd gün ərzində Bakıda təxminən 1