Başgicəllənmə yaşayırsınız? Həkim həyəcan təbili çaldı
Digərləri 31 Okt 2024 08:38:00 71 0
Bəzi ürək xəstəlikləri özünü, demək olar ki, gözlənilmədən hiss etdirir, lakin bir sıra simptomlar ürək çatışmazlığından çox əvvəl problemi müəyyən etməyə və qarşısını almağa kömək edir.
Bu xəbəri də oxu: Xırdalanda 33 yaşlı kişini ölümdən qurtardılar
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı kardioloq Anna Biryukova Lenta.ru-ya verdiyi müsahibədə danışıb.
Həkim qeyd edib ki, bəzən ilk ürək siqnallarından sonra insanı xilas etmək üçün sözün əsl mənasında bir neçə saat, hətta dəqiqələr qalır. Bunun baş verməməsi üçün o, orqanizmə diqqətli yanaşmağı və bir sıra hallarda təcili olaraq kardioloq müayinəsindən keçməyi tövsiyə edib.
İlk növbədə, Anna Biryukovanın sözlərinə görə, ürəyiniz adi halda olduğundan daha az ritmik işləməyə başlayarsa, xüsusilə də adi şəraitdə və fiziki yüklənmə olmadan bəzən sinənizdə çırpındığını, ritmini sürətləndirdiyini və ya yavaşlatdığını hiss edərsinizsə, o zaman kardioloqa müraciət etmək barədə düşünməlisiniz.
"Həmçinin gəzinti zamanı, məşq edərkən, pilləkənlərlə qalxarkən yaranan nəfəs darlığı da həyəcan siqnalı ola bilər. İnsana elə gələ bilər ki, hava çatmır, hər hansı bir fiziki hərəkət isə çətinliklə başa gəlir", - deyə həkim izah edib.
Biryukova, eləcə də, döş qəfəsində incidən, təzyiq edən və ya kəskin, "batan" ağrılar yarandığı zaman da həkimə müraciət etməyə çağırıb.
Həmçinin müntəzəm olaraq qan təzyiqi normadan - 80/120-dən yuxarı qalxarsa, başgicəllənmə, huşunu itirmə baş verərsə, ayaqlar şişməyə başlayarsa, bunlar da ürəkdə problemin yaranmasından xəbər verir.
Həkimin sözlərinə görə, əgər şiddətli sinədə güclü ağrı gözlənilmədən ortaya çıxarsa, o zaman təcili yardım çağırmaq daha yaxşıdır. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Meksikanın Kolima Ştatının Prokurorluğu, şəhərin mərkəzində özünə
Əməkdar artist Elnarə Abdullayeva illər öncə yaşadığı evin qapısını
Türkiyənin Şırnak vilayətində, Şırnak-Cizre köhnə avtomobil yolunda zi
Xidmətlər Zərfinin daha geniş və həkimlər tərəfindən istifadəsinin da
Müğənni Aygün Mahmudovanın qayınanasının yazdığı şərh sosial media
Bakıda ananın azyaşlı övladına şiddət göstərdiyi iddia olunur.
Noyabrın 1-i saat 11:00-dan II-XI sinif şagirdlərinin elektron yerdəyişməs
Alnında 10 santimetrlik buynuzu olan 107 yaşlı Çen adlı çinli qadın "
"Leon" filmində yaratdığı qızcığaz obrazı ilə şöhrət qazan
İstanbulun Esenyurt rayonunun bələdiyyə sədri Əhməd Özər həbs edilib.
ABŞ prezidentliyinə namizəd Donald Tramp Viskonsin ştatının Qrin Bey şəh
Ümumiyyətlə, hər kəs gələcəyi bir az qabaqcadan proqnozlaşdıra bilər.
Türk aktrisa Hande Erçelin Amerikadakı tədbirə geyindiyi libasın qiyməti
Avtomobil mühərrikini tez sıradan çıxaran dörd səhv mövcuddur.