Məişət zorakılığı ilə bağlı şikayətlərə


Digərləri 30 Okt 2024 10:21:00 138 0

Məişət zorakılığı ilə bağlı şikayətlərə

Məişət zorakılığı barədə şikayətə baxılması qaydası dəyişir.

Son.az xəbər verir ki, bu barədə məsələ "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü maddəsinin (Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır) və 8-ci maddəsinin (Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri) tələbləri nəzərə alınmaqla 5 gün müddətində, bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan halda (müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən və qısamüddətli mühafizə orderinin verilməsindən məhkəməyə şikayət verilə bilər) müraciət edilən vaxtdan 24 saat keçənədək baxılacaq.

Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə halları öyrənmək zərurəti yarandıqda, şikayətə baxılma müddəti 5 (beş) gündən çox olmayaraq (bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) uzadıla bilər.

Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin ediləcək. Zərər çəkmiş şəxs Azərbaycan dilini bilmədikdə, tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunacaq. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda, aparılan araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakı təmin olunacaq.

Məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

- məişət zorakılığı törətmiş şəxsə qanunla müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- məişət zorakılığı törətmiş şəxsin qanunla müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin qanunla müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

Xəbərdarlığın icrasına bu barədə qərar qəbul etmiş orqan tərəfindən zorakılığı törətmiş şəxsin hərəkətlərinə diqqət yetirilməsi, habelə onunla və zərər çəkmiş şəxslə söhbətlərin aparılması formasında nəzarət həyata keçiriləcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

- məişət zorakılığı törətmiş şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- məişət zorakılığı örətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;

- əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

Layihəyə əsasən, Qanunun 9-cu maddəsi (məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar) yeni redaksiyada verilib və məişət zorakılığı ilə bağlı daxil olan müraciətlərə baxılma proseduru daha ətraflı qeyd olunub.

Belə ki, qanun layihəsində məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddəti, şikayətə baxmalı olan orqan, şikayətə baxılan zaman dəvət olunmalı şəxslərin əhatə dairəsi, o cümlədən vəkil, psixoloq və tərcüməçilərin xidmətindən istifadə, həmçinin yetkinlik yaşına çatmayan və ya əlilliyi olan şəxslərin dindirilməsi zamanı psixoloq və pedaqoqların iştirakının təmin olunması, eyni zamanda məişət zorakılığı barədə şikayətlərə baxılmanın nəticələrinə dair yekunda qəbul olunan qərarlar öz əksini tapıb.

Qeyd edək ki, "Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası" Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli qərarı il təsdiq olunub. Hazırda bu prosedur məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydasına uyğun olaraq həyata keçirilir.

Lənkəranda çay DAŞDI like
  • 30 Okt 10:16  
Digərləri Lənkəranda çay DAŞDI

Lənkəranda son günlər yağan intensiv yağışlar Veravulçayın daşmasına

arrow Ətraflı
Bakıda 2 nəfər qatarın altında qalıb like
  • 30 Okt 09:59  
Digərləri Bakıda 2 nəfər qatarın altında qalıb

Ötən gecə saat 22 radələrində paytaxtın Qaradağ rayonu ərazisində 2 n�

arrow Ətraflı
“Vosmoy” bazarında bu satış yerləri SÖKÜLÜR like
  • 30 Okt 09:54  
Digərləri “Vosmoy” bazarında bu satış yerləri SÖKÜLÜR

Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"ni

arrow Ətraflı
Prezident yeni salınan parkda yaradılan şəraitlə tanış olub like
  • 30 Okt 09:53  
Siyasət Prezident yeni salınan parkda yaradılan şəraitlə tanış olub

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezid

arrow Ətraflı
Zaura bu sözləri deyən olmamışdı: "O yolla eveşik sahibi olmusan" like
  • 30 Okt 09:46  
Şou-biznes Zaura bu sözləri deyən olmamışdı: "O yolla eveşik sahibi olmusan"

"Sənlə bağlı məndən həmişə soruşurlar ki, o, qalmaqallı adamdır

arrow Ətraflı
Rusiyada nüvə silahı ilə təlim keçirildi like
  • 30 Okt 09:21  
Digərləri Rusiyada nüvə silahı ilə təlim keçirildi

Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə strateji nüvə çə

arrow Ətraflı
Bu dəfə anası ilə oynadığı rəqs TƏNQİD EDİLDİ  VİDEO like
  • 30 Okt 09:14  
Şou-biznes Bu dəfə anası ilə oynadığı rəqs TƏNQİD EDİLDİ VİDEO

Təranə Musayevanın müğənni qızı Qumral yenidən rəqsi ilə gündəmə g

arrow Ətraflı
Bakıda avtobus dəhşət yaşatdı like
  • 30 Okt 09:04  
Digərləri Bakıda avtobus dəhşət yaşatdı

Bakının Binəqədi rayonunda dörd avtomobilin iştirakı ilə baş vermiş z�

arrow Ətraflı
Ən zəngin 5 bürc like
  • 30 Okt 08:59  
Digərləri Ən zəngin 5 bürc

Astroloji inanclara görə, bəzi bürclər zənginliyə və maliyyə uğuruna d

arrow Ətraflı
Mask Xameneinin azərbaycanca səhifəsini sildi, sonra… like
  • 30 Okt 08:55  
Digərləri Mask Xameneinin azərbaycanca səhifəsini sildi, sonra…

"Khamenei.ir" portalının Azərbaycan xidmətinin X platformasındak�

arrow Ətraflı
"İlhamə Quliyeva zəng edib onu efirdən çıxarmağımı tələb etdi" like
  • 30 Okt 08:51  
Şou-biznes "İlhamə Quliyeva zəng edib onu efirdən çıxarmağımı tələb etdi"

Elgiz aparıcısı olduğu verlişdə illər sonra mərhum İlhamə Quliyevanın

arrow Ətraflı
"Dostlara etimad, düşmənlərə isə qorxu..." like
  • 30 Okt 08:44  
Digərləri "Dostlara etimad, düşmənlərə isə qorxu..."

"Milli təhlükəsizliyimizlə bağlı addımlar atarkən daha heç kimdən

arrow Ətraflı
Cennifer ayrılıqdan sonra ilk dəfə başqa kişi ilə like
  • 30 Okt 08:34  
Şou-biznes Cennifer ayrılıqdan sonra ilk dəfə başqa kişi ilə

Müğənni Cennifer Lopes aktyor Ben Affleklə ayrılıqdan sonra bir kişi ilə

arrow Ətraflı
Müharibənin sonu görünür? like
  • 30 Okt 08:31  
Digərləri Müharibənin sonu görünür?

Rusiya və Ukrayna enerji infrastrukturu obyektlərinə qarşılıqlı hücumlar

arrow Ətraflı
"Porsche"dən bir ilk  üstüaçıq model like
  • 30 Okt 08:27  
Digərləri "Porsche"dən bir ilk üstüaçıq model

"Porsche" şirkəti "911 Carrera T" modelinin yeni versiyas�

arrow Ətraflı