Əməkhaqqı və pensiya bu qədər artırılacaq AÇIQLAMA
Digərləri 27 Okt 2024 23:50:00 152 0
2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Artıq son artımın üzərindən 2 ilə yaxın bir müddət keçir. Hər kəsi maraqlındar sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə vaxt və nə qədər artırılacaq?
Bu xəbəri də oxu: İstiliklə bağlı qiymətlər də dəyişdi
Ötən gün əhaliyə şad xəbəri Prezident İlham Əliyev verdi. Dövlət başçısı Milli Məclisdə çıxışı zamanı artıq göstəriş verildiyini, gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını dedi.
Bəs gəlin görək minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?
Son.az xəbər verir ki, məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov deyir ki, minimum əməkhaqqının nə qədər artırılacağı ilə bağlı məsələ Prezident İlham Əliyevin qərarı ilə bağlıdır. Bu dövlət başçısının qərarı ilə tənzimlənir.
Fikrimcə minimum əməkhaqqı 400 manat ətrafında formalaşacağını proqnozlaşdıra bilərik.
"Minimum pensiyaya gəldikdə isə, burada artım Dövlət Statistika Komitəsinin illik elan etdiyi inflyasiya göstəricilərinə uyğun olacaq. Pensiyaların indeksləşdirilməsi bu xüsusda həyata keçiriləcək".
E.Məmmədov deyir ki, son 6 ildən artıq bir müddətdə ölkədə qabaqlayıcı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi çox aktiv vüsət almışdır.
"Əməkhaqqı fondunda, minimum orta median əməkhaqqlarında, minimum və orta pensiyada biz bunu müşahidə etdik. Dövlət başçısının səsləndirdiyi fikirlərdən o qənaətə gəlmək olar ki, yaxın aylarda minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı müvafiq qərarlar gözlənilir. Düşünürəm ki, bu siyasətin ardıcıl davam etdirilməsi, sosial müdafiə sistemində şəffaflığın təminatına söykənən bir məsələdir. Effektiv idarəetmə və şəffaflığın təmin edilməsi dövlətimizin bu istiqamətdə gördüyü işlərin inkişaf etdirməsinə böyük şərait yaratmış olur. Düşünürəm ki, bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir", - deyə o bildirib.
Digər müsahibimiz Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Azərbaycan Prezidenti parlamentdə çıxışında sosial təminatın gücləndirilməsi ilə bağlı vacib məsələlərə toxundu. Növbəti ildən etibarən minimum əmək haqqını və pensiyalarda artımların olacağını bildirdi. Artıq bu istiqamətdə hökumətdə müzakirələr gedir.
"Noyabrn 1-ə qədər Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən minimum əmək haqqı və eləcə də minimum pensiyaların artırılması ilə bağlı təkliflər təqdim olunacaq. Büdcə paketi çərçivəsində növbəti ildən etibarən minimum əməkhaqqının və pensiyaların artımı gözlənilir. Biz bu istiqamətdə öz təkliflərimizi təqdim etdik. Nəzədə alsaq ki, minimum əmək haqqı və pensiyalar 2023-cü ilin yanvar ayında artırılıb. Ona görə də biz təklif edirik ki, minimuk əmək haqqı və pensiyalarda 2 rəqəmli artımlar olsun. Müzakirlələrin əsasında isə konkret rəqəm təyin olunacaq. İlkin gözlənti ondan ibarətdir ki, artımlara növbəti ildən etibarən start veriləcək. Bu əmək pensiyası və minimum əmək haqqı alan bütün vətəndaşlarımızı əhatə edəcək", - deyə deputat sonlandırıb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Av
Bir neçə gün əvvəl aktyor Ruslan Səfərlinin ölüm xəbəri yayılıb. Be
Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi əraz
Dünyaca məşhur aktyor Conni Depp uzun müddət sonra görüntülənib.
Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 28-29-da Gürcüstana səfər
Texnologiya üzrə ekspertlər flaqman iPhone 16 Pro Max əvəzinə almaq mümk�
Tanınmış şirvanlı saz və gitara ustası Əli Manafov dünyasını dəyişi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Sumqayı
Çin avtomobilləri bazarı "ələ keçirib"
Boliviyanın keçmiş prezidenti Evo Morales feysbukdakı hesabında avtomobilin
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hesab edir ki, müxalifətin
Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaşları bazar ertəsi Tbilis
Fransanın Burquen-Jale şəhərinin sakinləri Rikko adlı xoruzu ilə bağlı